SAMİRA MUSTAFAYEVA BAKIDA

img_3931

28 oktyabr Bakıda ilk dəfə olaraq Samira Mustafayevanın "Nargis" jurnalının təşkilatçılığı ilə stretçinq üzrə məşq keçirildi.

img_3956

52-ci buraxılışın üz qapağının qəhrəmanı Samira bir gün əvvəl Bakıya gəlib Bulvar Hotel Baku-da yerləşdi. Orada ölkənin aparıcı informasiya agentliklərinin iştirakı ilə mətbuat konfransı keçirildi.

Aquatic Palace təlim üçün 120 nəfərin eyni vaxtda məşğul olduğu geniş idman zalını təqdim etdi. İştirakçıların sırasında bizim tərəfdaşlarımız, idman məşqçiləri, bloggerlər və Instagram səhifəmizdə keçirilən müsabiqənin qalibləri də var idi.
Bir saatlıq məşq zamanı Samirə hər bir əzələ qrupuna diqqət göstərdi. İsinmə hərəkətlərindən sonra o nəinki maksimum faydalı və bədənə zərər vermədən düzgün dartınmanı göstərirdi, həm də hər kəsə yaxınlaşıb səhvləri şərh edirdi və düzəldirdi. Onun qüvvətli məşqlərinin effektini hətta müntəzəm olaraq idmanla məşğul olanlar belə hiss etdilər.

Samira Mustafayeva dünya şöhrətli peşəkar gimnast, çoxsaylı çempionatların qalibidir, bu yaxınlarda Moskvada artıq beşinci "SM Stretching" studiyasını açıb.

img_3976

Bu studiyalar şəbəkəsi öz sloqanı ilə cəlb edir: #всерастяжимо (#hərşeydartınabilər): Samira bir ay müddətində hər kəsin şpaqata oturacağını vəd edir. Stretçinqdən başqa onun ixtiyarinda TRX və ilk dəfə Rusiyanın paytaxtına Samiranın gətirdiyi barre-fitness var. O özü isə – ən yaxşı motivatordur və öz üzərində düzgün işləməyin ən bariz nümunəsidir. Bu cür cazibəli məşqçin varsa. necə daha yaxşı olmaq istəməyəsən?

img_3994

 

Samirə Mustafayeva Nargis ilə birlikdə öz pərəstişkarlarına online-məşqlərə 20% endirim təqdim edir! 1 yanvar 2019-cı il tarixinə qədər Samirənin http://smstretching.online/ saytında SMonline promo kodunu istifadə edərək endirimli stretçing online-kurs əldə edə bilərsiniz. Promo kod yalnız bir dəfə istifadə oluna bilər!

 

Foto: Pərviz Qasımzadə