AFƏT BAĞIROVA

Özünü sənətə həsr etmək üçün hüquqşünas karyerasından imtina edən, jurnalımızın daimi müəlliflərindən biri, byutiqolik, illər ərzində düzgün qulluğun əsas prinsiplərini bizə lazımi qədər çatdıran xanım. Afət Bağırovadan gözəlliyin əsas sirlərini öyrənməyə çalışdıq. Ümid edirik ki, onların bəzilərindən faydalana bilərsiniz!

 

Özünüzü necə təqdim edirsiniz? 

Mən rəssamam.

Sağlam həyat tərzinin əsas qaydalarına riayət edirsiniz:

a) idman

b) düzgün qidalanma

c) gündə 2 litr və ya daha çox su içmək?

İlk iki qaydalara ciddi riayət edirəm və inadla üçüncü qaydanı pozuram.

Çəkinizdən, bədən quruluşunuzdan, xarici görünüşünüzdən razısınız?

Burada ikitərəfli məqam var: bir tərəfdən, gözəllik yalnız öz bədəninizlə harmoniyada olduqda mümkündür, digər tərəfdən mükəmməllik üçün heç bir məhdudiyyət yoxdur və buna görə də "rahatlıq bizim üçün sadəcə bir röyadır".

Qadınların və kişilərin görünüşündə ilk növbədə nəyə diqqət yetirirsiniz?

Gözlərin parlaqlığına. Həm də, dərinin vəziyyətinə. 

Özünüzü onlarsız təsəvvür edə bilmədiyiniz üç gözəllik məhsulu hansılardır:

Byutişopinq – mənim üçün bir ehtirasdır. Tərkibləri oxumağı, yeni və maraqlı bir şey tapmağı çox sevirəm. İndi mən Koreya kosmetikasından istifadə edirəm, onların yanaşması mənə yaxındır.

Gözəl bədən və sağlamlıq üçün imtina etməkdə çətinlik çəkdiyiniz məhsul hansıdır?

Mən şokoladı çox sevirəm və özümə demək olar ki, hər gün yeməyə izn verirəm.

Gündə neçə saat yatırsınız?

Yuxu mənim üçün – gözəllik cədvəlinin ən vacib hissəsidir, ən azı səkkiz saat yatmağa çalışıram.

Rahatlaşmağın ən düzgün yolu?

Gərgin olmamaq! Ümumiyyətlə, hər kəsə hər gün meditasiya etməyi məsləhət görürəm. Bir çox problemlər öz-özünə yox olacaq. 

Gözəllik yolunda əsas düşmən...

...tənbəllik və stress.

Sizin həyat kredonuz?

Yoxdur. Həyat çay kimi dəyişkəndir, buna görə də sərt qaydaları rəhbər tutaraq harmoniyaya nail olmaq olmur. 

 

Nigar Məhərrəmova

Foto: Stas Reuth