İlin ən gözlənilən, ən sehrli gecəsi yaxınlaşır. Sarı Donuz ilini düzgün qarşılamaq lazımdır: hər şeyin ən yaxşısını və mütləq yenisini geyinmək, gözəl, hər şeydən bol, mayonezsiz və mümkünsə çörəksiz təmtəraqlı süfrə açmaq. Hətta çörəksiz daha yaxşı olardı: bu barədə unutmaq istəsək də, hər yeni il gecəsindən sonra yanvarın ilk sabahı açılır və qaçış bandında kilometrlərlə qaçmaq lazım olur. Ancaq bu haqda sonra - indi isə ətirli portağallı ördək, isti-isti kartofla qırmızı balıq, şah-plov və kabab. İçki olaraq meyvə şirəsi, ya da ən yaxşısı qırmızı şərab. Dostları dəvət etmək, ürəkdən gülmək və əldən düşənə qədər rəqs etmək. Gecə yarısı isə arzu tutmaq və mütləq dəniz üzərində atəşfəşanlığı seyr etmək! Bu, bizim minimal proqramımızdır - bütün il belə parlaq, ləziz və şən olsun, ətrafımızda isə yalnız ən işıqlı ümidlərlə və gözləntilərlə dolu gözəl, xoşbəxt insanlar olsun. Düzgün qarşılanan il zəngin və Şaxta Babanın torbası kimi xoş sürprizlərlə dolu olmağa məcburdur.
Bayram ərəfəsinin ilin ən təlaşlı günləri olduğundan playlist tərtib etməkdən və alış-verişdən azad olmaq üçün bütün hazırlıqları Boulevard Hotel-in peşakarlarına həvalə etmək olar: onlar həqiqətən heç bir şeyi unutmayacaqlar! Sizdən sadəcə ürəkdən gülümsəmək və arzu tutmaq tələb olunur, qalan hər şey proqrama daxildir.
Boulevard Hotel-in bayram şousunda Twenty Five qrupu, Seyran Babayev, Natavan və digər ifaçılar iştirak edəcəklər; maraqlı oyunlar və çoxlu sürprizlər gözlənilir. Tədbirin sonunda bileti təqdim etməklə yeni il gecəsi oteldə qonaqlama üçün 15% endirim əldə edə bilərsiniz. Səhər yeməyi daxildir. Oteldən çıxış - 16:00. Tələsin, yerlər məhduddur.
Qiymət: 200-dən 220 AZN-dək
0-6yaş Uşaqlar üçün: pulsuz
6-12 yaş uşaqlara: 50%
* Biletlər 20 dekabrdan etibarən geri qaytarılmır
Rezervasiya ilə bağlı, zəhmət olmasa, aşağıdakı nömrələrlə əlaqə saxlayın:
012 310 0010 / 050 229 2228