MASKA VƏ BUKETİN HAKİMİYYƏTİ ALTINDA QALAN NATALYA NESTEROVA

Onun əsərləri insan ruhunun aynasıdır. Qəhrəmanlar içki içir, yemək yeyir, karuselə minir ya da Qodonu gözləyirlər – onlar öz həyatlarını yaşayır və hətta sizin tərəfə heç baxmırlar. Ancaq bir dəfə diqqətlə baxmaqla, siz artıq tamamilə maskanın ya buketin hakimiyyəti altındasız. Natalya Nesterovanın ecazkar Allah vergisi belədir. Elə bir vergi ki, yarım əsrdir öz sahibisəni dünyaya tanıdır. Nesterovanın uğurunun gizli yolunu çox şeydə axtarıblar! Əslində isə dahiyanə olaraq sadədir.

5

Ən qeyri-adi müasir rəssamlardan biri olan Nesterova babasını ilk ilhamverəni hesab edir. "O, mən yeddi yaşındaykən dünyasını dəyişib, amma onun rəssamlığa olan sevgisi hələ də, qəlbimdə qalıb. Buna görə də, həmişə onun haqqında düşünürəm. Evin hər tərəfində onun əsərləri asılıb" – Natalya bildirir. Ancaq babasından fərqli olaraq, çox vaxt məktəbdə "masa" üzərində çəkən rəsm müəllimindən istedadlı nəvə dərhal lazımi dalğanı tuta bildi. Nesterova və onun rəfiqəsi Tatyana Nerezenko 1966-cı ildə, hələ İnstitutda oxuyarkən sərgilərdə iştirak etməyə başlayıblar. Daha sonra onlar sənətşünasların "romantik yetmişlilər" olaraq xaçlandırdıqları sırada yer aldılar. Əvvəlcə Nesterovanın orijinal rəsm əsərlərinə ciddi münasibət göstərilmirdi, Rəssamın sözlərinə görə, onların işlərini sərgilərə qəbul etmədiklərinə baxmayaraq müharibədən sonrakı uşaqlara xeyirxahlıqla yanaşırdılar. Bəzi müşahidəçilərin istedadlı qızın asanlıqla hər kəsin diqqət mərkəzində olmasını inamsızlıqla rəy bildirməklərinə baxmayaraq, Nesterova özü isə "heç bir bacarıq bir-birinə çox böyük əmək və bitməyən maraqla bağlı deyilsə, inkişaf edə bilməz" deyərək uğurunun təsadüfi olmadığını düşünür. O, bu iki keyfiyyətə də sahibdir.

Natalya Nesterova çox cazibədar və ünsiyətcil biridir. O iyirmi ildir ki, Rusiya Teatr Sənəti Universitetində (RTSU) səhnəqrafiya fakültəsində dərs deyir və nəsillərin dəyişməsi ilə müəyyən dəyərlər ölür fikrinin yayılmasına baxmayaraq öz tələbələrinin çox gözəl insan olduqlarını hesab edir, onların sadəcə aldıqları tərbiyə ilə bağlı yaşlı nəsillərin dəyərləri ilə tanış olmadığını düşünür. "Mənim üçün ən böyük dəyər on il bundan əvvəl itirdiyim, amma hər an haqqında düşündüyüm anama olan məhəbbətimdir" – deyərək etiraf edir.

"Mən harasa gedirdim, amma mənim bütün dostlarım onu ziyarət edirdi. Mənə görə deyil, sadəcə onlara anam ilə çox maraqlı idi. Anamla istənilən söhbət onlara xoşbəxtlik bəxş edirdi. Bunu uydurmuram, onlar elə deyirdi".

rr

"Xorovod", 2009, yağlı boya, kətan,160 x 132 sm

Təəssüf ki, rəssam Bakıda olmayıb, lakin görkəmli ustalarımızı tanıyır və onlara ehtiram edir: “Rasim Babayev. Biz onunla yaxından tanışıq. Fərhad Xəlilovun sərgisi çox gözəl idi, o öz albomunu buraxıb... Tahir Salahov isə... çalışdığı zaman ixtiralar edir. Bu insanlarla tanış olmağı özümə şərəf bilirəm”.

İndi onun 68 yaşı var. Yaşını heç kimdən gizlətmir – "özündən ki, gizlədə bilməzsən". Vaxtının əksəriyyətini Moskvada keçirir, ildə bir-iki dəfə nəvəsi ilə birlikdə Nyu-Yorkda yaşadığı və çalışdığı evi ziyarət edir. Öz evi olaraq rəssam həmişə Moskva şəhərini görür. Bununla yanaşı Natalya İqorevna əsərlərində guya tez-tez Moskvadakı həyatından olan səhnələri əks etdirdiyi fikrini rədd edir: «Moskva ilə heç bir əlaqəsi yoxdur».

Görünür, Nesterovanın dünyasında yaradıcılıq və gündəlik həyat Moskva və Makondo (Markesin ədəbi coğrafiyasının bəhrəsi) kimi qovuşmadan mövcuddur. Yalnız onun Moskvaya dair sözlərində gizli ağrılı acı var: "Əvəllər mən Moskvanı daha diqqətlə çəkirdim, indi isə dərin təəssüf hissi keçirirəm, çünki ondan geriyə ümumiyyətlə, heç bir şey qalmayıb". Bununla Nesterovanın öz əsərlərinə olan şərhləri bitir.

2

"Payız" (triptix), 2007, yağlı boya, kətan,100 x 240 sm

4

"Nahar", 2009, yağlı boya, kətan, 85 x 100 sm

1q_1

"Aeroplan", 2004, yağlı boya, kətan, 162 x 114 sm

1q_2

"İki buket", 2005, yağlı boya, kətan, 75 x 100 sm

Rəssamın uşaqlıq xatirələrində, axşam vaxtlarında müəmmalı olaraq gülümsəyən və balaca Nataşaya şübhə ilə göz vuran "Cakonda" reproduksiyasının əsrarəngiz şəkildə sənətşünaslar tərəfindən tənhalıq qorxusu, təhlükə hissi, insanın dünyada təkliyini axtarmağı sevdiyi gələcək əsərlərin yaranmasında əlaqəli olduğunu təsəvvür etmək asandır. Müasir rus rəssamlığının ən qeyri-müəyyən təfsir olunan obrazlarının yaradıcısı izləyiciyə istədiyini görmək hüququ verir. "Əsərlər izah edilmir" – Nesterova əminliklə bildirir. Bu, yazıçıdan "Nə haqda yazmısınız" soruşmaq kimidir?".

Əsl sənət elə budur: əgər hər yeni baxış yeni bir ölçü yaradırsa deməli bu sonsuz dərin sənətdir. Nesterova öz fəlsəfəsini yeritmir – onun əsərləri və rəngləri istənilən sözdən daha fəsahətlidir. Özünü xarakterizə etdiyi kimi, müntəzəm və açıqsözlü insan uşaqlıqdan sevdiyi işlə məşğuldur, yeni başlayan rəssamlara isə belə məsləhət verir: "Ətrafınıza baxın, hər şeyi görməyə çalışın!" və əlavə edir: «Bu, bütün peşələrə aiddir: əgər sən işinə sadiqsənsə - o da sənə həmişə sadiq olacaq».

Yeri gəlmişkən, o, bir rəssama çəkdiyi əsərlərlə qazanc əldə etməyi ayıb bilmir: "Bu onun sənətidir! O bununla dolanır. Axı o, bir quş və ya kəpənək deyil, əslində onların da yeməyə ehtiyacı var".

Onun bioqrafiyası Konfutsinin məşhur ifadəsinin rəngarəng illüstrasiyası ola bilər: "Sən öz sevdiyin işi seç, o zaman ömrün boyunca bir gün də olsa işləməyəcəksən".

Və bu, Natalya Nesterovanın uğurunun əsas sirridir.

Mətn: Könül Nağıyeva 

Material birinci buraxılışda dərc olunmuşdur.