Nargis masterclass: charity gingerbreads

Nargis jurnalının növbəti master-klası keçirilib. Xeyriyyə tədbirində xarici ölkə səfirlərinin və beynəlxalq təşkilat nümayəndələrinin həyat yoldaşlarının iştirak ilə.


Soldan sağa, yuxarıda: Norma İsakzai (BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident-kordinatorunun həyat yoldaşı), Qabriella Solti (Avropa Şurasının səfirinin həyat yoldaşı), Dorottya Qruber-Kovaç (mədəniyyət və təhsil əlaqələri üzrə diplomatın həyat yoldaşı, Macarıstan). Qarşıda: Susana Stalder (İsveçrə),  Timea Paşzternak (Macarıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı), Milli macar geyimində Marianna Kadar, Mariya Çepraqa (TRACECA-nın baş katibinin yoldaşı), Linda Benmoussat (Əlcəzair), Alya Leuka (Moldova).

14 dekabr cümə günü Ay Qonşu restoranında Nargis jurnalı və xeyriyyə fondunun Macarıstan səfirliyi ilə birlikdə təşkil etdiyi ənənəvi macar şirniyyatlarının bəzədilməsi üzrə master-klası keçirildi.

Xanım Timea Paşzternakın (Macarıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı) dəvəti ilə master-klasda Azərbaycandakı xarici ölkə səfirlərinin və beynəlxalq təşkilat nümayəndələrinin həyat yoldaşları iştirak ediblər.

Timea Paşzternak (Macarıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı)

Xüsusilə bu gün üçün Budapeştdən məşhur Macarıstan qənnadıcı Marianna Kadar Bakıya gəlib. Qonaqlar şirniyyatın hazırlama videolarını seyr ediblər, sonra Marianna Kadarın rəhbərliyi altında şirin qlazur hazırlayıblar, ayrıca kartonlarda burmaları düzəltməyi məşq ediblər və yalnız bundan sonra mələklər, zınqırov və ürək şəkilli şirniyyatları bəzəməyə başlayıblar.

Norma İsakzai (BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident-kordinatorunun həyat yoldaşı) və Alya Leuka (Moldova)

İki saat qəhqəhə və səmimi söhbət edərək axıb getdi.

 Susana Stalder (İsveçrə)

Bal, yumurta, un və ədviyyatlardan savayı hər bir şirniyyata çoxlu sevgi əlavə olunub, çünki onlar 5 nömrəli internat məktəbinin məhdud fiziki imkanlı şagirdlərini sevindirəcəklər.

Mariya Çepraqa (TRACECA-nın baş katibinin yoldaşı) və Linda Benmoussat (Əlcəzair)

Master-klas şənbə günü, 15 dekabrda məşhur macar musiqiçilərinin konserti ilə tamamlanacaq xeyriyyə layihəsi çərçivəsində keçirilib. Konsertdə pianoçu Endre Hegedyuş və skripkaçı Feliks Layko iştiak edəcək.

Biletlərin satışından toplanan vəsait gözdən əlil və zəif görənlər üçün yazıb oxumağa köməklik edən Brayl çap maşınının alınmasına xərclənəcək.

Xanım Timea Paşzternak macar şirniyyatlarının hazırlanmasını bizə məmnuniyyət hissi ilə izah edir.

700 qr. unu ələyin.
250 qr. balı 50 qr. marqarin yağı ilə su vannasında əridin. Qarışığı tam isti olduğuna qədər isidin.
2 ədəd yumurta çırpın.
100 qr. şəkər pudrasını digər ədvalarla birlikdə üzərinə səpin: 10 qr. darçın, 1 ç.q. ətirli üyüdülmüş istiot, 10 qr. və 10 qr. zəncəfil üçün ədviyyat qarışığı. Fərqli evdar qadınlar müxtəlif ədviyyatlar əlavə edirlər. Şəkər pudrasını və ədviyyatları, marqarin və unu yumurtalara əlavə edin.
Bütün inqrediyentləri kəsici hərəkətlərlə qarışdırın. Böyük qabdan istifadə edin, beləliklə rahat qarışdırmaq üçün yeriniz bol olacaq.
Üstünü örtün və 24 saat dincəlməyə qoyun.

Yoğrulmuş xəmirdən ruletlər hazırlayın və qurumasın deyə onları polietilen paketə qoyun.
Taxtaya un səpin və xəmiri 3 mm qalınlığında yayın.
Kəsicilər vasitəsilə yayılmış xəmirdən lazımı formaları düzəldin.
Aralarında bir barmaq məsafə qoyaraq bişirmə qabına düzün.
170-175 dərəcədə qızılı-qəhvəyi rəng alınanadək bişirin.

Dekorativ qlazur:

1 ədəd yumurtanın ağını 150-170 qr. ələkdən keçirilmiş şəkər pudrasına çırpın. Qarışığı kiçik bir paketə tökün, paketin ucunu kəsin və bəzəyin.

 

 

Layihə koordinatoru: Arzu Caid, Mətn: Sona Nəsibova, Foto: Pərviz Qasımzadə, Video: Ruslan Qorbunov