White Milano 2019

Fevralın 22-də Milanda 19 ildir ki, perspektivli dizaynerlərin işlərini dünya ictimaiyyətinə təqdim edən növbəti White Milano sərgisi açıldı. 22-25 fevralda həm gənc, həm də özlərini artıq tanıtmış dizaynerlər 2019-2020 payız-qış mövsümünün qadın modasında və aksesuarlarında öz fantaziyalarını göstərirdilər.

White Milano sərgisinin dörd pavilyonunda brendlər bu il aktual olan ekoloji moda mövzusu ilə əlaqədar danışırlar.

White Milano sərgisində ziyarətçilərə moda və texnologiya sənayesində yenilikləri təqdim edirlər. Bu mövsümün yeniliyi blockchain texnologiyasında, eko-iqtisadiyyatdakı yeniliklərdə diqqəti cəmləşdirən GIVE A FOK-us hub oldu. Təbiətlə əlaqəmizin dərinliyini göstərmək üçün – hətta həllər tapmaq üçün GIVE A FOK-us interaktiv bir format seçib.

Bundan başqa, fevral sərgisində iki bölmə ilk dəfə çıxış edəcək – istehsalının yüksək texnologiya ilə məhdudlaşdığı bədii trikotaj və bu gün dünya trendi olan ev geyimləri. Sərginin ən maraqlı hissələrindən biri şübhəsiz ki, gənc istedadlar və beynəlxalq alıcılar arasında dialoqa dəstək vermək üçün istiqamətlənən Inside WHITE bölməsi oldu.

Ibrigu

Bu mövsüm təqdim olunmuş brendlərin əksəriyyəti – 514-dən 342-si İtaliyadan gəlir. Sərgi məkanlarından birində Ermanno Gallamini və Ibrigu kimi brendlər dünya şöhrətli italyan sənətkarlığından nümunələr göstərdilər.

Sərgidə təqdim olunan 170 beynəlxalq brend arasında Avstraliyanın Strateas Carlucci şirkətini, həmçinin i-am-chen və Honq Konqun Marieyat şirkətini xüsusi qeyd etmək lazımdır.

Sərgi ənənəvi olaraq Milanın ən dinamik rayonlarından birində Tortona kvartalında keçirilir.