Saint Laurent brendinin kreativ direktoru Entonu Vakkarellonun payız-qış kolleksiyası 80-ci illərin modasından ilhamlanmışdır: uzun trençkotlar, böyük bantlar, ciddi kostyumlar, həcmli fənər-qolluqlar. Dizayner 80-ci illərin qollarını tikmək üçün altı ay vaxt sərf etdiyini etiraf etdi. "Kolleksiyanın bütün detalları əl ilə tikilib" – Vakkarello qeyd etdi. Nümayişin birinci hissəsi Paris gecəsi romantik bir gəzintiyə bənzəyir. İkincisi texno-rayvın tam təcəssümüdür: modellər tamamilə qaranlıq podiumda yürüdülər, eyni zamanda isə yalnız göz qamaştırıcı neon paltarları görünürdü.