Bodleyn kitabxanasının banisinin şərəfinə verilən təntənəli mərasim

Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodleyn Kitabxanasının banisi şərəfinə keçirilən təntənəli dəvətdə iştirak edib. 15 martda Oksford Universitetinin Bodleyn Kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayeva universitetin yüksək heyəti və görkəmli qonaqlar üçün kitabxananın banisi Ser Tomas Bodlinin şərəfinə verilən 31-ci təntənəli mərasimdə iştirak edib. Ser Tomas Bodlinin xatirəsinə və onun filantropik fəaliyyətinə həsr olunmuş tədbirdə ictimai xadimlər və Böyük Britaniya parlamentinin üzvləri, əsas akademik partnyorlar və Oksford Universitetinin administrasiyası iştirak ediblər.


2018-ci ilin 11 oktyabr tarixində Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib. Professor Nərgiz Paşayeva Oksford Universitetinin fəaliyyətində xüsusi xidmətləri olan tanınmış alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlardan ibarət Xeyriyyəçilik komitəsinə qəbul edilmiş Azərbaycanın ilk akademik təmsilçisi oldu. Lord Patten Barnesin qeyd etdiyi kimi "Nərgiz Paşayeva Oksford Universitetinin böyük dostu və akademik partnyorudur". 80 qonağın iştirak etdiyi təntənəli dəvət Bodleyn kitabxanasının rəhbəri Riçard Ovendenin nitqi ilə başladı.
Tədbird çərçivəsində Britaniyalı yazıçı, jurnalist və tənqidçi Ser Piter Stotxardın sədrliyi altında "Qəbul edilməmiş qanunlar: ədəbiyyat və cəmiyyət" mövzusu müzakirə olunub. Müzakirənin aparıcıları həmçinin nigeriyalı şair və romanist, Bukerov mükafatı laureatı, cəngavər ordeni kavaleri, Kral ədəbiyyat cəmiyyətinin üzvü Ben Okri və Britaniyalı yazıçı və tarixçi, Britaniya akademiyasının fəxri üzvü, cəngavər ordeni kavaleri və ilk qadın prezident Deyim Marina Uorner oldular. Bodleyn kitabxanasının rəhbəri Riçard Ovenden öz çıxışında Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin elmi-akademik, təhsil-maarifləndirmə və tarixi & arxeoloji sahələrdə gərgin işinin nəticəsini təsdiqləyərək mərkəzin fəaliyyətini xüsusi qeyd edib. 2013-cü ildə professor Nərgiz Paşayevanın təşəbbüsü ilə yaradılmış Oksford

Universitetinin Nizami Gəncəvi adına Qafqazşünaslıq Elmi Mərkəzinin məqsədi Azərbaycan, Qafqaz və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və onun Qərbin elmi-akademik dairələrində yayılmasıdır.
2018-ci ilin aprel ayında Nərgiz Paşayeva və Bodleyn kitabxanasının direktoru Riçard Ovendenlə keçirilən işgüzar görüşdə tərəflər Oksford Universitetinin Nizami Gəncəvi adına Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Nərgiz Paşayeva tərəfindən irəli sürülmüş Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifi Britaniya tərəfindən müsbət qarşılanıb, bu da öz növbəsində böyük və dahi şəxsiyyətin humanizm, ümumbəşəri, insani ideyalarına, onun dərin fəlsəfəsi və yaradıcılığına verilən layiqli qiymətdir.
Tədbirin sonunda dünya şöhrətli hindistanlı iqtisadçı və filosof, Fəxri kavaleri ordeni kavaleri, Britaniya akademiyasının üzvü, 1998-ci ərzində iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı, professor Amartiya Sen Bodli medalı ilə təltif olundu.