Narmeen Jewelry

Bu Azərbaycan brendinin zinət əşyalarını London Moda Həftəsində görmək olar. Onlar Vogue və Harper’s Bazaar kimi nüfuzlu dərclərin Wish Listinə daxil olurlar. Onların sirri nədədir? NARMEEN brendinin  yaradıcısı bizə təbii daşların sehrindən, ilham mənbələrindən və bir çox başqa şeylərdən bəhs etdi.

Öz zərgərlik brendinizi yaratmaq ideyası necə yarandı?
 
Aksesuarlar həmişə geyimlərdən daha çox xoşuma gəlirdi, detallara diqqət yetirməyi sevirdim. Bundan əlavə, daşları çox sevirəm. Təbii daşlar, mənim fikrimcə, müəyyən bir energetikaya sahibdir və hər bir daş əsrlər boyu nəyi isə simvollaşdırmışdır. Məsələn, hindilər mənfi auranı təmizləmək üçün lazurit istifadə etmişlər. Bu "səma daşı" narahatlıq hissindən azad edir. Orta əsrdə Avropada hesab edilirdi ki, əgər kimsə üzərində lazurit daşı gəzdirirsə, o zaman onun ən fantastik arzuları gerçək olacaq. Bir sözlə, bu daş öz hisslərini göstərməkdən qorxmayanlar üçün idi, çünki bu daş onu üzərində daşıyan insanın energetikasını maksimal dərəcədə üzə çıxarır. Və bu cür daşların sayı hesabı yoxdur, onların hər birinin öz hekayəsi var. Mən həmişə daşlarla maraqlanmışam, lakin onları əldə etmək tamamilə məqsədəuyğun deyildi. Mən tapdığım və kiçik ölçülü tək ekzemplyarda əldə etdiyim daşları yaratmağa, kağızda eskizlərini çəkməyə başladım. Bir neçə ilk zinət məmulatlarım belə yarandı və sayəsində ilk Jahan kolleksiyam buraxıldı.
narmeen_xanum_1
 
Zinət əşyalarını yaratmaq üçün sizi nə ilhamlandırır?  
 
Əslində, heç bir zaman ilham axtarışında olmamışam. Hesab edirəm ki, əgər bir insan nəyisə yarada bilirsə, istər rəsm əsəri, istər bəzək əşyaları, ona Alp dağlarına getmək, yaxud Monblanı fəth etmək lazım deyil. O, öz emalatxanasında da nə isə yarada bilər, yəni fiziki vəziyyət mənəvi qədər əhəmiyyətli deyil. Mən film, tüklərimi ürpərdən melodiya, rəfiqəmlə söhbət ilhamlandıra bilər... Əsas gördüklərimiz deyil, daxilimizdə yaratdıqlarımızdır. İlhamı kiçik şeylərdə axtarmaq, adi şeylərdə qeyri-adilik görmək lazımdır.
 
Siz ənənəvi formaları istifadə edirsiniz - ulduz, aypara. Onlar nə kimi məna kəsb edir Sizin üçün? 
 
Mənim ilk kolleksiyam "Cahan" adlanır, yəni Kainat. Burada ulduzlardan, ayparalardan, səmadan istifadə olunub; "Yer kürəsi" ətrafında Şimal, Cənub, Qərb və Şərqi işarətləndirən dörd damcı şəklində daşlarla bəzədilmiş iri ölçüdə Earth earrings ("Yer kürəsi" sırğaları) var. Məna ondadır ki, hər bir qadın - təbiətdə hər bir daşın malik olduğu energetikası kimi gün batışı, gündüzü və gecəsi ilə ayrı bir kainatdır.
 
Hansı daşlardan və metallardan istifadə edirsiniz? 
 
Qiymətli və yarı qiymətli daşlardan istifadə edirəm. Bütün bəzək əşyaları - qızılın üstündə tamamilə təbii daşlardan hazırlanmış əl işidir. Kolleksiya baza və təkrarlanmayan eksklüziv məmulatlardan ibarətdir: onlarda biz nadir formaları və ya əfsuslar olsun ki, çalarları çox sayda çətinliklə tapılan daşlardan istifadə edirik.
 
Zinət əşyasının yaranma prosesi haqqında bizə məlumat verin. 
 
Başlanğıcda çox çətin idi: tamamilə təcrübəsiz olaraq hər şeyi özüm etməli idim. Mən çertyojlardan, eskizlərdən başladım. Rəssam rəfiqəm mənə ideyanı kağızda düzgün əks etdirməyi öyrətdi. Sonra bəzək əşyasını hər tərəfdən görmək üçün rəsmi kompüterdə 3D formatına salmalı idim. Və yalnız bundan sonra rəsm qızılın üzərinə köçürülürdü. Yeri gəlmişkən, nəzərdə tutulan forma hər zaman alınmırdı. Amma yenə də, beş-altı aydan sonra ilk kolleksiyam hazır idi, üç-dörd aydan sonra isə bizim debüt çıxışımız oldu.
 
Kolleksiyalarınızdan hansı bəzək əşyası Sizin favoritinizdir? Niyə?
 
Mənim ilk Sky earrings zinət məmulatım. Məncə, bu ən yaddaqalandır.
sky_earrings
Əvvəlcə bu sırğalar yalnız bir rəngdə idi, daha sonra daha iki çox variantda hazırladım. Lyapis (lazurit) daşından və brilyantlardan istifadə etmişəm. Təxmin etdiyiniz kimi lyapis - gecə səmasıdır, brilyantlar isə - ulduz. Bu zinət əşyasını çox sevirəm, çünki bu çox tək başına tamamlayıcı bəzəkdir, onu heç bir şey əlavə etmədən taxmaq olar.  Ümumiyyətlə, bu kolleksiya set (komplekt) stereotipinə zidd idi. Mənə elə gəlir ki, həmişə bəzək komplektlərini taxmaq çox artıqdır. Jahan kolleksiyasının hər bir parçasını başqaları ilə birləşdirmək, həm də ayrı-ayrılıqda taxmaq olar - bu çox cəlbedici və gözəl ola bilər.
 
 
Brendinizdə nə kimi must-have var?
 
Half-moon necklace! Onlardan yalnız üç ədəd var - sədəf, firuzə və malaxit. Onlar mənim bestsellərimdir. Kolleksiyada yarım ay formalı kulonlar var idi, onları yaradan zaman əmin idim ki, məhz onlar must have olacaq, amma ayparalar oldu. Onlar tamamilə heç nədən asılı deyil. Onları həm ayrı, həm də başqa zəncirlərlə taxmaq olar.
 
NARMEEN brendindəki qız obrazını təsvir edin.
 
Bu asanlıqla, lakin eleqant şəkildə incəliyini və zərifliyini göstərə bilən bir qızdır. Bu təhsilli, güclü, eyni zamanda romantik qadındır. Onun öz baxışı və öz fikri var, onun mənəvi dünyası isə olduqca gözəldir.
narmeenxanum_2
 
Siz iki ard-arda London Moda Həftəsində zinət əşyalarınızı təqdim etmisiniz, Leonie Mergen Sizi öz nümayişi üçün seçmişdi. Bu necə oldu?
 
2018-ci ilin sentyabr ayında Middle East (Yaxın Şərq) dizaynerləri ilə birlikdə London Moda Həftəsində iştirak etdik. 2019-cu ilin fevral ayında isə dizayner Leonie Mergen ilə iştirak edik. Leonie Azərbaycana həsr olunmuş "Black Gold" adlı kolleksiya yaratdı. O məni tapdı və əməkdaşlıq təklif etdi. Vətənimə həsr olunmuş və xaricdə Azərbaycanı təmsil edən bir layihə üzərində çalışmaq mənə ikiqat xoş idi.
 
 
Beş ildən sonra brendinizi necə görürsünüz?
 
Beş ildən sonra nə baş verəcəyini bilmirəm, amma əminəm ki, geriya yol yoxdur. Çox çalışmaq və heç vaxt ruhdan düşməmək lazımdır.
narmeen_0185

 

Müsahibə: Sona Nəsibova