YARAT-da "YENİ ÖZÜNƏ DOĞRU 5 ADDIM" TƏLİMİ

YARAT müasir incəsənət məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru 5 addım” adlı giriş mühazirə və praktiki təlimlər təşkil edir. Təlimlər şəxsiyyətin potensialının inkişafı üzrə mütəxəssilər - “IntAlt Life” komandası tərəfindən 12, 14, 15, 16 iyun tarixlərində keçiriləcək.

 “IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatçılarından biridir. Komanda müntəzəm olaraq meditasiya bacarıqları, özünüanaliz, münaqişəsiz ünsiyyətin inkişafı, neqativ psixoloji vəziyyətin dəyişməsi və stress səviyyəsinin azaldılmasına yönəlmiş müəllif dərsləri və təlimlər keçirir, həmçinin uzunmüddətli fərdi inkişaf kompleks proqramları təşkil edir ("Özünüinkişafın payızı" Münhen-Almaniya, "Özünüinkişafın baharı" Moskva-Rusiya və s.).

10 ildən artıqdır ki, “IntAlt Life” layihəsinin iştirakçıları özünüinkişaf üçün  hər cür bilik və metodlar  tətbiq edib onlardan ən faydalı və səmərəli olanlarını seçiblər. Əldə edilmiş təcrübə onların hər biri üçün əhəmiyyətli nəticələrə gətirib-çıxardı. Buna görə təlim proqramları və ruhlandırıcı məhsullar yaratmaq arzusu onların sevimli işi, peşəsi oldu.

IntAlt Life” layihəsinin iştirakçıları belə deyir: "Biz insanlara dolğun bir həyat yaşamalarına, öz potensilalları, xəyalları və yüksək məqsədlərini həyata keçirmələrinə; özlərini rahat və xoşbəxt hiss etmələrinə, bütün hadisələri müsbət qəbul etmələrinə, həyatın xoş anlarını yalnız özləri üçün deyil, ətrafdakı bütün insanlar üçün daha yaxın etməyi öyrənmələrinə kömək etmək istəyirik.

Müəyyən vaxtdan sonra  hər biri onu anladı ki, öz üzərində işləmək çətin və yorucu prosesdən daha maraqlı və səmərəli prosesə çevrilə bilər, bunun üçün yalnız özünə uyğun alətləri seçmək lazımdır. Təlimlərlə yanaşı, “IntAlt Life” komandası  şəxsiyyətin inkişafı üzrə uzunmüddətli kompleks proqramlar təşkil edir (“Özünüinkişaf payızı” Münhen, Almaniya; “Özünüinkişaf yazı” Moskva, Rusiya və s.).

“İnsan: özünü dərk et” özünüinkişaf proqramının direktoru Arstarulmirus Tarus qeyd edir ki: "Biz hamımız gündəlik olaraq dəyişirik. Dəyişikliklərimizin vektoru və perspektivləri bizim necə olmaq istədiyimizi daha aydın şəkildə anlamaqla yanaşı, özümüz barədə mövcud vaxt üçün fikirlərimizi də müəyyənləşdirir. Buna həyat boyunca inkişaf etdirdiyimiz bir çox vərdişlərimizi və psixo-emosional vəziyyətlərimizin dinamikasını aid etmək olar. Öz vərdişlərini və vəziyyətini müntəzəm olaraq yenidən nəzərdən keçirmək şəxsi dəyişikliklərin daha şüurlu və səmərəli vektorunu qorumağın ən etibarlı yoludur. “IntAlt Life” komandasının təlimləri bu cür nəzərdən keçirmələr üçün faydalı və  səmərəli bir təməldir”.

Giriş mühazirəsində və təlimlərdə iştirak etmək pulsuzdur. İstədiyiniz obraza daha da yaxınlaşmağı, hədəflərə nail olmaq üçün lazım olan vərdişləri inkişaf etdirməyi, mənfi göstərişləri və gələcəyə doğru əmin addımlarla irəliləməyi öyrənə biləcəksiniz. Davam edib, şüurlu özünüinkişafın sirlərini öyrənmək istəyənləri isə  “Yeni özünə doğru 5 addım” adlı 3 günlük təlimdə iştirak etməyi təklif edirik.

 

Təlim və təlimçi haqqında ətraflı məlumat bu keçiddə

Mühazirə və təlimlərə qeydiyyat burada

Ətraflı məlumat üçün telefon: 0502893132 və e-mail