JEAN PAUL GAULTIER FALL 2019 COUTURE

Altı ay əvvəl PETA-nın təzyiqi ilə xəzdən imtina edəcəyini söyləyən Jan Pol Qotye indi böyük dəyişikliklərə hazır olmadığını etiraf edir. Lakin, dünyada kifayət qədər xəz məmulatları olduğu üçün heyvanları öldürməyin mənası yoxdur – onları yenidən istifadə etmək olar. Dizaynerin payız kolleksiyasında marabu lələkləri ilə dəvə yunundan palto, bəbir dərisindən paltarlar və hər cür heyvan növündən hazırlanmış printlər yer alır.