#SMARTWOMEN – ÜLVİYYƏ MAHMUDOVA

"Nargis" jurnalının baş redaktoru, Nargis fondunun rəhbəri Ülviyyə Mahmudova #SMARTWOMEN layihəsi çərçivəsində İçərişəhər sakinlərinin fotosunu çəkdi. Qonşuların zarafatca "yerli bandit" adlandırdıqları üç yaşlı qızcığaz Mədinə, 40 ildir tikişlə məşğul olan təqaüdçü Zemfira Cəfərova, ləzzətli təndir çörəyi bişirən Ülkər Rəhimova və atasına dükanda kömək edən, Köhnə şəhərin "balaca şahzadəsi" onun smartfonunun obyektivinə tuş gəlib. Çəkiliş zamanı Ülviyyə Mahmudova Galaxy S10 + flaqman smartfonundan istifadə edib.