Renata Litvinova. Sevgidən ilhamlanaraq

Həssas qadın, karyerasını ön plana qoymur və  özünü zərif retro obrazında harmonik hiss edir. Renata Litvinova yaradıcı ilham mənbəyinin sevgi olduğunu bildirir. Özünə, yaxınlarına, dünyaya, hər bir yeni günə, çoxlu imkanlar və parlaq, təkrarolunmaz təəssüratlar vəd edənə olan sevgi. Onun sözlərinə görə, "insanın həyatında əsas motivasiya  - sevgidir."

548531

Əgər əsas motivator sevgidirsə, bəs o keçdikdən sonra nə qalır?

Cavabımı bilmirəm, çünki mənim sevgim məndən uzaqlaşmır, başqa formalara keçir. Əgər sevdiklərimi itirsəm, yəqin ki, yox olaram.

Sizin başqa bir sitatınız: "Sənət normal insanlar üçün sığınacaq deyil". Sizə görə norma nədir?

Mən "meşşan" deyəndə pis bir şey nəzərdə tutmuram  - onlar çoxluq təşkil edir,  hər kəs kimi onlar həmişə var. Yəqin, mənim anlayışımda elə onlar normadır.

548536

Qadınlar zinət əşyalarını sevir. Onlar haqqında ilk uşaqlıq təəssüratlarınız?

Mən həmişə nənələrimin və anamın üzüklərini bəyənirdim, onları taxmaları çox xoşuma gəlirdi. Nənəm yalnız "ziyafətlərə" taxırdı, anam isə həmişə, hətta işə gedəndə belə. Mən özüm qalantereyaya getməyi çox sevirdim, sovet dövründə orada zərgərlik şöbəsi var idi. Uzun-uzadı şüşə arxasında parıltını seyr edirdim. Böyük bir seçim var idi. Bəzən anamdan kiçik bir broş almasını da xahiş edirdim. Yəni, bəzək əşyalarına heç vaxt biganə olmamışam. Belə deyək: onlara sahib olmaq lazım olduğundan şübhə etməmişəm. Nəticə etibarilə, onlar məni təsəlli edib sevindirirdilər. Anam, o vaxt dedikləri kimi tənha-ana olaraq hədiyyələrlə əzizlənməyib. Özünün isə almağa imkanı yox idi, biz onun həkim maaşı ilə keçinirdik, ona görə də onun hər bir üzüyünün sevgi dolu hekayəsi var idi. Birini - bir damla qana bənzər kəskin qırmızı yaqut qaşlı üzüyü ona nənəsi hədiyyə etmişdi. Sonra anam onu mənə hədiyyə etdi. İkinci - ensiz sirli daşlı üzüyü özü almışdı və həmişə taxırdı. İndi çalışıram anama zinət əşyalarını mən hədiyyə edim, onlar hər yaşda olan qadına yaraşır və onu sevindirir. Üstəlik, belə bir rəvayət var ki, brilyantlar hədiyyə olunmalıdır, o zaman onlar xoşbəxtlik gətirirlər.

Zinət əşyaları qadına güc və hakimiyyət verirmi?

Əlbəttə. Qədimdə şahlar daş-qaşlı geyimlər geyinirdilər, üzərilərində bir neçə kiloqram daşıyırdılar. Zinət əşyaları səni düşmənlərin bəd nəzərlərindən və bədxah düşüncələrdən qoruyur. Mənim bir talismanım var - nənəmin qədim al-qırmızı muncuqları. Onlar boynumda olduqlarında sanki bütün qaranlıqları məndən uzaqlaşdırırlar, sanki sehrlidirlər.

Ən çox nəyi sevirsiniz: üzük, sırğa, qolbaq, boyunbağı?

Mən hamısını sevirəm! Art deco-nu sevirəm. Bir də nəsə müəllif dizaynını, dəlisov şeyləri sevirəm. Və sadə bir çərçivədə böyük daşları - qayuq, paraiba-turmalin, opal.

10440722_706395409429450_2873142504136970653_n

Qızınız Ulyanana vermək istədiyiniz hər hansı bir zinət əşyası varmı?

Mən həmişə deyirəm ki, valideynlər uşaqlarına təhsil verməlidirlər, miras buraxmaq lazım deyil. Bütün zəngin uşaqlar, demək olar ki, motivasiyadan məhrumdurlar.

Özünüz üçün kənarına çıxmaq mümkün olmayan bir çərçivə qoyursunuzmu?

Əlbəttə ki, bir sıra çərçivələr var - ən azı yeddi günah, ən azı onları idarə etmək, bu günahlara isə həm acgözlük, həm lovğalıq, həm də qəzəb daxildir. Üzərində işləmək üçün bir şey var. Heç vaxt özümə bir insana şiddət və ağrı ilə cavab verməyi arzulamaram. Mən həmişə bağışlayıram, amma açığı həmişə əlaqələri bərpa etmirəm.

Sizin "dünyadan" uzaqlığınız çəkiliş zamanı texniki problemləri həll etməyə mane olmur?

Bu mənim uzaqlaşmam haqqında bir illüziyadır. Çəkiliş zamanı çox sayda insanı idarə etmək lazım olduqda, mən gedirəm və iradəmi, xarakterimi göstərirəm. Mən sizi əmin edirəm ki, film çəkməkdə çox israrlıyam. Bilmirəm nə dayandıra bilər məni. Hətta ölüm də gözləyər, çünki onunla da yaxşı münasibətim var, axı onun haqqında "Ritanın son nağılı" filmini çəkmişəm və özüm də bu filmdə oynamışam.

1000-yury_ananov-03f427051f753414947ae52167694673

Sizin moda sahəsindəki işiniz - yaradıcı istedadın daha bir istiqamətidir, yoxsa başqa bir şeydir?

Film çəkərkən, onsuz da, ssenari yazırsan, personajları təsəvvür edirsən - necə geyindiklərini, necə gəzdiklərini, hansı aksesuar və zinət əşyalarını taxdıqlarını xəyal edirsən və mənim dizayner kimi fəaliyyətim - rejissorluq işimin yalnız bir hissəsidir. Onsuz da, mənim kapsul kolleksiyam kino üçündür, zərifdir, hansısa mənada "dəbsizdir", zamandan kənardır, həyatın bütün hadisələri üçündür. Xüsusilə, bir müəllif kolleksiyası yaradarkən mən həmişə iki məqsəd güdürəm - adekvat qiymət və yaxşı keyfiyyət. Bundan başqa, istənilən şey qadın üçün yerində olmalıdır, təmtəraqlı deyil, eleqant olmalıdır.

Tədbirlərdən birində Siz siçovullu paltarda görünərək tamaşaçıları təəccübləndirmişdiniz. Bu sizin ifadə formanızdır?

Hər kəs bunu epataj kimi qəbul etdi, amma mənim üçün bu paltar - sənət parçası, obrazın bir hissəsidir. Bir də, bizdə uzun müddət Lara adlı siçovul yaşayardı - çoxlarından fərqli olaraq mən bu ağıllı canlılara yaxşı münasibət göstərirəm.

Yeni kolleksiyalar və ssenarilər üzərində işin oxşarlığı varmı?

Ssenari - ağlından keçən qəhrəmanların, röyaların, obrazların, musiqinin bir-birini əvəz etməsidir, bu elə filmdə qəhrəmanlarımın üzərində çəkəcəyim eyni kolleksiyadır. Yeri gəlmişkən, bu yaxınlarda xeyriyyə auksionunda "Ritanın son nağılı" filmindən bütün "kuturye" geyimləri satmışam. Bütün gəlir "Anton yaxındadır" fonduna verildi.

Hal-hazırda nə üzərində işləyirsiniz?

İki ssenari birdən yazıram. Biri detektivdir, onu Parisdə çəkmək istəyirəm. İkinci - casuslar haqqındadır - daha geniş miqyaslı ideyadır. Hər ikinsində də çoxlu qəhrəman qadın var, işıldayan brilyantlarda əsrarəngiz gözəllər var. Onlar bu brilyantlar uğrunda bir çox şeyə, hətta cinayətə belə gedərlər.

Material onuncu buraxılışda nəşr olunmuşdur.

Müsahibə: Nigar Məhərrəmova Foto: Aleksey Kolpakov