Zeynəb Cahan - hələ çox gənc, amma biganə olmayan yeni nəsil Azərbaycan gəncliyinin çox istedadlı bir nümayəndəsidir. Zeynəb əfsanəvi Sorbonne universitetinin hüquq fakültəsində təhsil alıb, mədəniyyət və incəsənətlə maraqlanır, Bakıda mötəbər “Kitab rəfi” layihəsinin kuratorudur, şəxsi bloqunu yazır. İndi Zeynəb, "Nargis"in oxucularına ölkəmizdə və dünyada baş verən maraqlı və əsas mədəni hadisələr haqqında danışacaq.