NARGIS x Dinamo Hotel

Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova Lufthansa aviaşirkəti üçün biznes klass menyusunun tərtibində iştirak etmiş, Hamburq şəhərində Columbia otelində yerləşən Marco Polo restoranında Mişlen ulduzu qazanmış və dünyanın bir çox ölkələrində çalışmış Dinamo otelinin istedadlı baş aşpazı Devid Mottol ilə görüşüb. Söhbət açıq havada ədviyyalı aromatların arasında olduqca səmimi keçdi, amma Ülviyyə xanım əvvəlcə aşpazı mətbəxdə müşayiət etdi və onunla birlikdə yaşıl papayyadan salat və digər yeməklər hazırladı.

İndi bizim oxucularımız da baş aşpazın resepti ilə ləzzətli yaşıl salat hazırlaya bilər.

Papayya, laym şirəsində və balıq sousunda qovrulmuş yerfındığı ilə salat

İnqrediyentlər:
110 qr yaşıl papayya,
15 qr yerkökü,
10 qr qırmızı bolqar bibəri,
15 qr yaşıl lobya,
35 qr xiyar,
7 qr qırmızı soğan,
50 qr Zirə pomidoru,
12 qr qovrulmuş yerfındığı,
3 qr yaşıl soğanın yaşıl hissəsi,
5 qr reyhan, keşniş, nanə

Sous:
10 qr qəhvəyi şəkər,
18 qr laym şirəsi,
45 qr balıq sousu,
2 qr rəndələnmiş zəncəfil,
Bir çimdik qırmızı pul bibər

Allergenlər: yerfındığı, balıq, molyusk, xərçəngkimilər

Hazırlanma qaydası: Sousun inqrediyentlərini qarışdırın. Uzunsov doğranmış pomidorları əlavə edin və yüngülcə əlinizlə əzin. Göyərtinin öncə bir hissəsini əlavə edin, sonra digər bütün inqrediyentləri nazik uzunsov doğrayın və sousda qarışdırın. Salatın üzərini qalan göyərti ilə bəzəyin.

 Dinamo Hotel Baku