Astrobeauty

 

Qoç bürcü – parlaq, enerjili şəxsiyyətlərdir. Onlar astrologiyada üzə cavabdeh olan Mars planetinin himayəsi altındadırlar. Bu bürcün xanım nümayəndələrinə tonal kremlərə və ənliklərə xüsusi diqqət yetirmək tövsiyə olunur, o zaman gözəl bir ton və dəri parlaqlığı mütləq onlara daxili harmoniya bəxş edəcək.

 

Buğa bürcündən olanlar estetdirlər və özlərinə baxmağı sevirlər. Onlar hər zaman əsas gözəllik yeniliklərindən xəbərdar olurlar, lakin boyunlarına lazımi diqqəti yetirmirlər, baxmayaraq ki, məhz bədənin bu nahiyəsi Buğa bürcünün qoruyucusu olan Venera planetinin himayəsi altındadır. Buna görə, buğalar mütləq unutmamalıdırlar: qadının yaşını bildirən boyun və əllərdir!

Ünsiyyətçil ziyalı əkizlərə gənclik planeti Merkuri himayəçilik edir. Çox vaxt həmyaşıdlarından daha gənc görünürlər. Astroloqlar qadın əkizlərə diqqətlə və mütəmadi olaraq əllərinə qulluq etmələrini tövsiyə edir, manikür onların həftəlik əsas byuti proseduru olmalıdır. Baxım məhsulları, kremlər və lak rəngləri ilə aparılan təcrübələr də pis olmaz – bütün bunlar yeni uğurlara ilham verəcəkdir.

Qadın xərçənglər – ailə harmoniyası, sevgi və Yin enerjisinə cavabdeh olan Ayın himayəsi altındadır. Məhz bu planet onlara fantastik intuisiya, naməlumu görmə bacarığını bəxş edir. Xərçənglər göz vasitələrini seçərkən diqqətli olmalıdırlar. Gözləri, onların təbii rəngini maksimum dərəcədə vurğulamaq üçün tuş və göz kölgəsini diqqətlə seçmək tövsiyə olunur.

Təbiətcə yaradıcı olan şirlər bürclərinin böyük potensialını stimullaşdıran və onlara məqsədə çatmaqda kömək edən Günəşin himayəsi altındadırlar. Günəş xüsusən də saçları idarə edir, buna görə də Şir qadınlar saç düzümlərinə daha çox diqqət yetirməlidir: daha yaxşı şampun seçsinlər, salon baxımına qənaət etməsinlər və parlaqlıq haqqında unutmasınlar.

Bütün nümunəvi Qız bürclərinə Əkizlər kimi onların gəncliyi və təravəti üçün məsuliyyət daşıyan Merkuri himayəçilik edir. Qızlar hər yaşda gözəldirlər: onlar hər il zərif, bohem və bəzən isə cəsur tərzlərini qoruyaraq yenilənirlər. Merkuri dərini idarə edir, buna görə Qız dərisini mütəmadi olaraq nəmləndirməlidir və qidalandırmalıdır.

Tərəzilər diplomatikdirlər, gözəl olan hər şeyi sevirlər və tərzlərindən, makiyajlarından və hətta ətir seçimlərindən göründüyü kimi zərif zövqləri ilə fərqlənirlər. Bu bürc himayəsi altında olan gözəl zövq və parlaq xarici görünüş bəxş edən Veneranın nəzarəti altındadır. Astroloqlar tərəzilərə qidalanmaya və kosmetikanın tərkibinə təkidlə diqqət yetirməyi tövsiyə edir, çünki onlar çox vaxt allergiyadan əziyyət çəkirlər.

Əqrəb qadınlar bütün bürclər arasında ən seksual və ən həssas bürclərdir. Plastik əməliyyat və inyeksiya kosmetologiyasından cavabdeh olan transformasiya Pluton planetinin nəzarəti altındadır. Əqrəblərə hialuron turşu tərkibli vasitələrin istifadəsi tövsiyə olunur: cildin dərin nəmlənməsinə kömək edir. Makiyajda dərin tonlu pomadaların köməyi ilə dodaqları vurğulmaq lazımdır.

Məqsədli optimist – qadın-Oxatanı belə təsvir etmək olar. Bu bürc  böyük uğurlara və yüksək status qazanmağa kömək edən Yupiterin himayəsindədir. Dəlisov xasiyyətinə görə Oxatan çox vaxt diqqət mərkəzində olur. Astroloqlar onlara gözlərinin dərinliyini vurğulamaq üçün qaşlara diqqət etməyini məsləhət görürlər.

Bürclər arasında ən vəzifəpərəst, həmçinin ən fəal, vicdanlı və mütəşəkkildirlər. Onlar Saturnun himayəsi sayəsində həmişə öz məqsədlərinə çatırlar: karma və ciddilik planeti öz himayəsi altında olanlara ümumi olan hər bir şeyi fərdi görmələrini və eyni zamanda nail olduqları ilə kifayətlənməməyi bəxş edir. Günəşin enerjisini və yaradıcılıq potensialını artırmaq üçün oğlaqlar dərilərini nəmləndirməyə daha çox diqqət yetirməlidirlər, əllərinin altında həmişə dəri tiplərinə ideal uyğun olan sprey və termal su olmalıdır.

Qadın dolçalar özlərinə inamlı və qabaqcıldırlar, onlar müstəqillik və düşüncə orijinallığı ilə fərqlənirlər. Bu bürclərə himayədarlıq edən Uran planeti onlara gözlənilməzliyi, dəyişikliyə can atmağı bəxş edir. Bunun sayəsində Dolça istənilən fikirləri uğurla həyata keçirir – dünya onların ayaqları altına düşməyə hazırdır. Yeri gəlmişkən, onlar ayaqlarının gözəlliyinə – pedikür, daban və topuqlara daha çox diqqət yetirməlidirlər.

Xəyalpərəst-romantik Balıqlar, bütün yaradıcı xasiyyətli insanlara lütfkar olan mistik Neptun planetinin himayəsindədir. Bütün fantaziyalarını müvəffəqiyyətlə reallaşdırmaq üçün balıqlar bədənin su balansına daha çox diqqət yetirməlidirlər, makiyajda isə işığı əks etdirən hissəcikləri olan haylayter və pudra vasitəsiylə dərinin parlaqlığını vurğulamalıdırlar.

Mətn: Rubaba Rəsulova 

İllüstrasiyalar: Alyona Morozova

Material 67-ci buraxılışda dərc olunmuşdur.