Schiaparelli Spring Couture 2020

Keçən il kreativ direktorun dəyişməsi ilə Schiaparelli Moda Evi "ready to wear" xəttinə üstünlük vermək qərarına gəldi, lakin bu onun kuturye şoularının miqyasına təsir etmədi. Yaz kolleksiyasının hazırlanmasına ilham verən təkcə dahi fantaziyaçı Elza Skiaparellinin deyil, həm də onun müasirlərinin mirası oldu – interyer dizayneri Jan-Mişel Frankın iş prinsipinə əsasən qəhvəyi rəng bu il aktual olan mavi rənglə qarışdı, skelet şəklində zərgərlik əşyaları isə Alberto Cakomettinin işlərinə istinad edildi. Skiaparellinin sevdiyi süsən çiçəkləri də kolleksiada yer aldı. Biz kolleksiyanı ətraflı nəzərdən keçirdik, axı yüksək modanın əsas gözəllliyi məhz onlardadır.