«Mən bant istəyirəm», – bazar ertəsi günü Silviya Venturini Fendiyə dedi, çərşənbə axşamı isə o, artıq yox idi. Karl Lagerfeld son ana qədər çalışırdı və bu şouda iştirak etməyi düşünürdü. Dünən, Fendi moda evi əfsanəvi kuturyenin sonuncu möhtəşəm kolleksiyasını təqdim etdi. Səhnə arxasında Silviya göz yaşları içində boğulurdu, axı Lagerfeld hələ onun anası və xalaları ilə işləməyə başlamışdı! Bu olduqca uzun bir əməkdaşlıq idi!
Sıx bağlanmış yaxalıqlar, vintaj siluetlər, parlaq rənglər, xəz papaqda Bella Hadid və bir gün əvvəl sifariş etdiyi bantlar – kolleksiyada heç bir şey son yaşanan kədərli hadisələri xatırlatmırdı.