Moncler Genius brendinin təqdim etdiyi səkkizinci kolleksiya dizayner Riçard Kuinnlə əməkdaşlıq nəticəsində yaranıb. Xüsusi olaraq onun üçün Stenli Kubrikin "Kosmik odisseya 2001" filmi tərzində otaq təchiz edilmişdi, başdan ayağa güllərlə tikilmiş və çəkilmiş obrazlar isə Kuinnə xas estetika ilə sci-fi 60-cı illəri özündə cəmləşdirmişdi.