FENDI RESORT 2020

Karl Lagerfeldin yoxluğunda Fendi brendinin ilk kolleksiyası necə görünür? Silvia Venturini Fendi 1980-ci ildə  Con Kassavetisi tərəfindən çəkilmiş, baş qəhrəmanı Emanuel Unqaronun həm klassik, həm də təhrikedici libaslarda gəzdiyi  "Qloriya" filmindən ilhamlanıb. Yeni kolleksiyada yer alan yüksəkbel enli şalvarlar, 80-ci illərdə məşhur olan dəri, ipək bluzlar və ipək jakkard parçadan bleyzerlər bu filmdən götürülüb.