Payızda piroq bişirərlər, yeni saç düzümü edərlər, ideal çay kəşf edərlər, həm də - oxuyarlar! Bir də ki, pəncərədə yarpaqlar tökülənədək mütləq evdə ən azı bir dəfə də olsa isti içəcək ilə şala bürünüb payız kitabı oxumaq lazımdır. Şəxsən mən ətirli şamlar almağı məsləhət görürəm, kitabı isə, əziz Oxucu, zövqünə və əhval-ruhiyyənə görə seç!