Francis Scott Fitzgeraldın "Böyük Getsbi" romanının ekranlaşdırması. Növbəti dəfə seyr etdiyimdə musiqi tərtibatını özüm üçün qeyd etməyə bilməzdim. Filmin musiqisi kostyumlar, aktyor seçimi, dekorasiya və çəkiliş qrupu qədər möhtəşəmdir. Buna görə də, müşahidələrimi hökmən sizinlə paylaşmaq istədim. Filmdə cəmi 22 soundtrack səslənir. Film üçün Coco O. of Quadron, Jack White, Bryan Ferry, Jay-Z, Fergie, The XX, Florence + the Machine, Gotye, will.i.am və başqaları öz səsyazmalarını təqdim ediblər. Amma xüsusilə bu yeddiliyi qeyd etmək istədim:
1) Beyoncé & André 3000 - Back To Black
Beyonce hal-hazırda On the Run Tour II adlı dünya turnesi ilə bütün stereotipləri sındırır, amma "Böyük Getsbi" filmi üçün Andre 3000 ilə Amy Winehouse'un - “Back to Black” mahnısına yaratdıqları soundtracki qeyd etməmək olmaz.
Mənim üçün bu cür treklər həmişə fon musiqisi kimi olub, onları dinlədiyində əsərin mürəkkəbliyini başa düşürsən. Bu musiqi çox düz səslənir və dinləyicini hipnoz edir. Xüsusilə Andre və Beyoncenin ifasında bir neçə elektron effektin olduğu ardıcıl ritm bu iki parlaq istedadın bütün pərəstişkarlarını və fanatlarını gözəl treki təkrar-təkrar dinləmyə məcbur edir.
2) Lana Del Rey - Young And Beautiful
Onun yaradıcılığı haqqında sonsuz danışmaq olar, axı bu solist şou biznesinin və bütün musiqi dünyasının tələb olunan səslərindən biridir. Romanın ekranlaşdırılması onun xüsusi ifa tərzi ilə diqqət çəkən səsi olmadan ötüşmədi. Hərçənd digər treklərdən fərqli olaraq, Young And Beautiful mahnısının orkestr versiyası filmin bütün soundtrack albomunun deluxe-buraxılışından əvvəl satışda idi.
Lana Del Rey və filmin rejissoru Baz Luhrmann ilə birgə üzərində işlədikləri trek haqqında sadəcə iki söz demək kifayət edir - "dünya səviyyəsində", amma bu treki şərh etməmək mümkün deyil. Bu şərh bir nəfəsdə edilir, eynilə kompozisiyanın dinlənməsi kimi. Soundtrackin lap əvvəlindən anlamaq olar ki, orkestrin səsləri, daha doğrusu - Lananın səsi ilə birləşən skripkanın zərif səsi ifaçının hekayəsini danışır. Bu, ilk mahnının ilk kupletində artıq anlaşılır. Daha sadə desək - bu hitdir, başqa cür mümkün deyil!
3) Florence + the Machine — Over the Love
Soundtracklərin siyahısına qotik üslub əlavə edən və bəzəyən mükəmməl səsin növbəti sahibi - Florence + the Machine ingilis indi-rok qrupunun solisti təkrarolunmaz Florence Welch'dir. Bu qrupun işlərini eşidən kimi, mən sizi onlarla mütləq tanış etməyə və onların istedadını vurğulamağa qərar verdim. Bu qrupun kompozisiyalarında xüsusi rolu soulun və blüzun qotik səslənməsi oynayır, burada qədimliyi və mərasim fədakarlığını hiss edirsən.
Fortepianonun ilk akkordlarından Florensin səsinin tonunu eşidən kimi, anlayırsan ki, sənə kədərli bir hekayə danışılır (eynilə Young And Beautiful kompozisiyasındakı kimi). Amma trekdə ən həyəcanlandırıcı - Florensin kədərləndiyini və eyni zamanda sevincdən qışqırdığını hiss etməkdir. Bu soundtrack xəyalı təsvir olunmayan uzaqlığa aparır!
4) Gotye - Hearts A Mess
Mən Gotye'yə onun işlərinə - Victoria ştatında, Oakley şəhərciyindəki ev səsyazma studiyasında yazdığı bütün üç alboma görə həmişə hörmət etmişəm. Buna görə də, tanınmış şəxsiyyətin adını və onun ikinci hiti hesab edilən trekini gördüyümdə heç təəccüblənmədim və sevindim.
Kompozisiya, şübhəsiz albomun bütün 22 soundtrackinin sırasına uyğun gəlir. Təəccüblü deyil ki, bu film üçün eksklüziv sayılmayan trek keyfiyyəti və melodik musiqi alətlərinin müşayiəti ilə Uollinin məftunedici səsinə görə siyahıya daxil edilib.
5) Nero - Into the Past
Drum 'n' Bass və dubstep tərzində ifa edən Britanıyanın elektron musiqi dueti NERO-nun dünya şou-biznesinin böyük adları ilə yanaşı olması onların elektron musiqi dünyasında rolunun şübhəsiz sübutudur. Mən də bu istiqamətdə işləyən bir musiqiçi kimi, heç cürə yan keçə bilməzdim. Şöhrət xiyabanında "Elektronika" dünyasından ilk qeyd olunan prodüsser və Grammy mükafatının sahibi, dünya şöhrətli David Guettadan sonra NERO-nun da yer alması xəbəri məni təəccübləndirməz.
Into The Past - əsl elektron musiqiyə qiymət verənlərin dinlədiyi köhnə məktəb tərzində yazılmışdır. İncə, bezdirməyən zərbələr vokalistin cazibədar səsində itir, bütün bunlar qıcıqlandırmayan effekti ilə səslənən dərin vibrasiya bas səsi ilə tamamlanır. Ümumiyyətlə, filmin yaradıcılarının 1920-ci illərdən bəhs edən hekayəyə dubstepdən istifadə etmə qərarı filmə yalnız müasirliyi əlavə etməyib, həm də sanki gələcəyə baxmağa kömək edib, çünki Into the Past treki şübhəsiz, futuristik ifadə daşıyır.
6) Sia - Kill and Run
Albomun yekun notaları son illərin musiqi tapıntısı olan müğənni Sia'ya məxsusdur. 36 yaşındakı, gözəl, lakin o vaxtlar geniş publikanın tanımadığı müğənni alboma təsadüfən daxil lmayıb. Karyerasının 18 ili ərzində o müxtəlif üslublarda oxumağı öyrənib: caz, pop, soul-jazz, acid-jazz, trip-hop və chill out. Amma şöhrət və uğuru Flo Rida və David Guetta ilə birlikdə işlədikdən sonra, Titanium və Guetta'nın She Wolf adlı yeni sinqlı kimi hitlərin ayrılmaz hissəsi olaraq əldə edilmişdir.
Kill and Run kompozisiyasını mən çox məhsuldar və yüksək keyfiyyətli iş hesab edirəm. Mahnının yüngül fortopiano melodiyası və sakitləşdirici vokal hissəsindən gözlənilən filmin məhz sonu üçün yazıldığı dərhal anlaşılır.
7) Filter - Happy Together
Bu xülasəni Happy Together kompozisiyası ilə bitirmək istədim, baxmayaraq ki, bu mahnı soundtrack siyahısında yoxdur. Bu amerikan industrial-layihə nəinki kompozisiyaya diqqətimi cəlb etdi, həm də onu sizinlə paylaşmağa məcbur etdi. Bu inanılmaz maraqlı (arabir sükunət dolu, arabir də - ruhun fəryadı olan) trek Baz Luhrmannın möhtəşəm filminin treylerinə olduqca yaraşır. Bu da filmin bəstəkarı Craig Armstrongun qoyulan vəzifənin öhdəsindən gəldiyindən danışır, baxmayaraq ki, bu kompozisiya əvvəllər "Atalıq" filminin soundtracki olub.
Gözəl əhval-ruhiyyə və qulaqlığınızda keyfiyyətli musiqi dinləmək diləyi ilə!
Kamran Qaralov (DJ AKG)