"This is America" Childish Gambino klipində güclü simvolika

10 gün ərzində 107 milyon baxış Childish Gambinonun yeni işindəki simvolikaya diqqət yetirməyə məcbur edir. Bundan başqa klip ən qısa müddətdə bir milyondan çox baxışı keçdiyinə görə Youtube tarixinə düşüb.

2_1
Bütün süjet xətti bu gün Amerikada ən çox müzakirə olunan mövzu üzərində qurulub: silahlar insan həyatından – xüsusilə, afroamerikalıların həyatından daha vacibdir. Hər səhnədə atəş açıldıqdan sonra qəhrəman xüsusi parçaya bükülmüş tapançanı ehtiyatla ötürür, amma eyni vaxtda cəsədə isə laqeyd yanaşılır.
Gambino ekranda yarıçılpaq bədənlə görünür: onun üzərində köhnə hərbi formaya istinad edən şalvar və iki zəncir var - zəncirin nəyi simvollaşdırdığını izah etməyə ehtiyac yoxdur.

1
Klipin əvvəlində atəş etdiyi qəribə poza irqi ayrı-seçkilik dövründəki personaja işarədir: üzlərinə qara rəngli boya çəkən ağ dərili aktyorlar tez-tez qara dərili axsayan qul rolunu oynayırdılar. Qara dərili insanları parodiya edən qrimin növü "blackface" (qara üz) adlanır.

thomas-rice-as-jim-crow-at-the-bowery-theatre-new-york-1833artotype
Birinci nəqarətdə kütləvi informasiya vasitələrinin insanlara təsirindən danışır: sadəcə əyləncəli və şənləndirici proqramları təklif edərək bizi qəsdən vacib problemlərdən yayındırırlar.

We just wanna party 
Party just for you
I know you wanna party
Party just for me
Girl, you got me dancin' 
(yeah, girl, you got me dancin')
Dance and shake the frame

Biz sadəcə əyləncə gecəsi istəyirik
Yalnız sənin üçün əyləncə gecəsi
Bilirəm, siz əyləncə gecəsi istəyirsiniz
Yalnız mənim üçün əyləncə gecəsi
Qız, sən məni rəqs etməyə məcbur edirsən
(hə, qız, sən məni rəqs etməyə məcbur edirsən)
Rəqs etməyə və çərçivəni silkələməyə

 

"Qız" sözü altında Amerika nəzərdə tutulur. Rəqs hərəkətləri isə bütün dünyaya yayılan viruslu videolardan götürülüb. Mobil telefonları da unutmamışıq.

5_10
Terrorizm mövzusuna da toxunulur. Qəhrəman klipdə qospel-xoru atəşə tutur: 2015-ci ildə Çarlston şəhərində ağ dərili kişi pastoru və afroamerikalıların yerli kilsəsinə gələn insanları güllələmişdi.

4_11

Səhnələrdən birində, arxa planda ağ atda çapan biri görünür: İncildə apokalipsisdən xəbər verən dörd atlıdan bəhs edilir.

6_8

Sonda aktiv rəqs fonunda, arxada yalnız qırğınlar və dağılmalar baş verir. Klip qəhrəmanın var gücü ilə Amerikadan qaçmağı ilə bitir.