Azərbaycan musiqisi - inanılmazdır. Mən, bəlkə də ölkəmizdəki bir çoxları kimi uzun zamandır düşünürdüm ki, bizdə alternativ janrlar olmayıb, yoxdur və olmayacaq. Radio və televiziya efirlərini dolduran «bayağı» (aşağı keyfiyyətli) mahnılar, daha çox və tez-tez keyfiyyətli musiqi treklərini dinləmək üçün xarici ifaçılara müraciət etməyə məcbur edirlər. AMMA, axtaran (bizim vəziyyətdə mən), tapar. Yeni musiqilərin kəşf edilməsindən ilhamlananlar Azərbaycan musiqisinin yaşadığını sübut edirlər. Nəinki yaşadığını, həm də müxtəlif olduğunu. Sizə tamamilə yeni Top-3 layihələri təqdim edirik. Oxuyun, dinləyin, zövq alın.
1. "DədəBaba"
Folklor musiqisinin müasir tərtibatda populyarlaşması ilə məşğul olan satirik rok qrupdur. Qulağımıza gələn tonlarla musiqinin janr fərqindən savayı DədəBaba öz mahnılarında sosial mövzuları da təbliğ edir, bu da düşünən dinləyicini sevindirməyə bilməz. Rok yaşayır, onun bir hissəsi isə satiriklərimizlə birlikdə Bakıda məskunlaşıb.
2. "Ya Tosiba"
İnanılmaz qəribə və bununla da olduqca cəlb edici musiqi yaradan Azərbaycan-Norveç duetidir. İlk dəfə dinləyərkən, bu qeyri-adi kompozisiyaların hansı dildə ifa olunduğunu dərhal anlamırsan. Diqqətlə qulaq asdıqdan sonra isə tanış, "öz" sözlərimizi ayırmağa başlayırsan. Elektron musiqinin yerli motivlərlə mükəmməl birləşməsi.
3. "Kəllə-kəlləyə"
Biz ayrıca bir ifaçını yox, bu yaxınlarda Azərbaycanın Youtube paylaşım sistemi kimi geniş sahədə yayımlanan bütöv bir layihəni qeyd etmək qərarına gəldik. Rep-battle formatı çox maraqlı bir şey olacağını vəd edir. Rep - sadəcə ritmlə oxunan söz yığını deyil, bu bütöv bir mədəniyyətdir, qafiyə, punch line, bitlər ahəngidir. Biz onları zəmanəmizin yeni şairlərini ortaya çıxarmaq ümidi ilə Top seçməmizə əlavə edirik.