XXI ƏSRİN DENDİLƏRİ

Hər dövrün öz qəhrəmanları, sayələrində zamanın öz simasını və əsl gözəlliyini əldə etdiyi ikonaları var. Nargis redaksiyası gənc, xarizmatik, istedadlı, müasir kişi tərzini müəyyən edən XXI əsrin dendilərinin siyahısını tərtib etdi.

Farel Vilyams

Screen Shot 2015-12-15 at 10.32.56

Son on il ərzində bu enli şlyapalı dendinin təsirindən heç bir hit ötüşmürdü. Farrell müasir pop-musiqiyə ritm verir və onun tərzini yaradır. Artisti mütəmadi olaraq müxtəlif reytinqlərdə ilin ən tərzli adamı adlandırırlar. Onun sirri təbiiliyindədir: öz obrazında küçə azadlığını və centilmen şıqlığını ustalıqla birləşdirir. Musiqiçi Mark Ceykobs ilə dostluq edir, Louis Vuitton brendi üçün eynək dizaynını hazırlayıb, indi isə Adidas üçün yeni idman ayaqqabıları hazırlamağı düşünür.

Lui Qarrel

23

Luinin dendi olmamaq kimi şansı yoxdur. Fransız kinosunun klassiki Filip Qarrelin oğlu beş yaşından bəri çəkiliş meydançalarındadır. Daha sonra Lui Bernardo Bertoluççinin "Xəyalpərəst" filmində 1968-ci ilin etirazlı may ayında dendi obrazını canlandırdığı rol ilə davam edib. İndi qəhrəman film çəkir, Edi Sliman və Valentino kampaniyaları üçün poza verir, Yves Saint Laurent’in dramatik məşuqlarının obrazlarına girir və ağ köynəkli, dağınıq saçlı və rahat təbəssümlü tərzinə sadiq qalır.

Met Bomer

3

Met Bomer heç vaxt asan yollar axtarmır: onu qalmaqallı rollar ("Magic Mike" filmindəki striptizçi) qorxutmur, əyləncə gecələrinin yerinə meditasiyaya, daimi olmayan münasibətlərdə isə ailəyə (o, üç uşağı övladlığa götürüb) üstünlük verir. Bomerin ən vacib rollarından biri "Bəyaz yaxalıq" serialında olub – onun ifasında fırıldaqçı, intellektual və gizli agent obrazı bütün moda dünyasına kostyum geyinməyi öyrətdi. Yeri gəlmişkən, Mett ekran arxasında da elə geyinir – ciddi, amma artistik və füsunkarcasına səliqəsiz.

Maykl Pit

Screen Shot 2015-12-15 at 10.49.07

Mayklın yolu Lui Qarrel kimi "Xəyalpərəstlər" filmindən başlayıb. O zamandan bəri zərafətli və temperamentli aktyor zirvədən-zirvəyə qalxır – təkcə "Son günlər" filmindəki Kurt Kobeyni canlandırdığı rolu nəyə desəz dəyər! Xarakterik görünüşü və anadangəlmə tərz hissi onu Prada brendinin kampaniyalarının daimi qəhrəmanına çevirib. İndi Pit özü "Rag and Bone" üçün gözəl filmlər çəkir, musiqi yazır, bir də ehtirasla sevə bilir – o epataj model Ceymi Boçert ilə nişanlıdır və onlar kimi gözəl cütlük çətin ki, tapılsın.

Rayan Qoslinq

Screen Shot 2015-12-15 at 11.08.35

Elə təəssürat yaranır ki, Rayan həmişə olub və olacaq. Aktyor bütöv bir nəslin simvolu oldu, məhz o, hollivud ulduzlarının yeni tipajına görə məsuliyyət daşıyır: ağıllı, ekssentrik və yaxşı mənada vəhşi. Rayan kimi dəbli publikanın diqqəti çəkərək həm iki tərəfdən düymələnən kostyum, həm geniş futbolkaları kim geyinə bilər? Qüsursuz rollar, rejissorluq debütü, özünə aid "Dead Man’s Bones" indi-qrupu, inanılmaz yumor hissi və öz-özünü istehza edə bilən – müasir dendi məhz belə biri olmalıdır!

Tom Hidlston

Screen Shot 2015-12-15 at 11.10.04

Tom Hiddlston – klassik bir dendi və Renessans dövrünün insanıdır. Aktyor Oksford və Kral Dramatik İncəsənət Akademiyasında təhsil alıb, teatrda Şekspir rollarını ifa edir və özünü feminist hesab edir. Qəhrəmanımız hansı rolu ifa etsə onun personajları dərhal tamaşaçını özünə aşiq edir – məsələn Cim Carmuşun Only Lovers Left Alive adlı son filmindəki Ray-Ban eynəkli dahi-vampir rolu. "Rollar vasitəsilə dünyanı tanıyıram, personajların həyatını yaşayıram" – öz iştirakı ilə Ralph Lauren'in fotosetlərini bəzəyən xarizmatik bildirir.

Mətn: Oleg İsakov

İllustrasiyalar: Kseniya Palfi 

Material iyirmi birinci buraxılışda dərc olunmuşdur.