MONOCHROME: Uilyam Klayn: "FOTOQRAFİYA - TƏLAŞIN BIR PARÇASIDIR"

1

"Budur, 20 ədəd fotoşəkil, yüzlərlə foto ilə əlaqəsi olmayan sadəcə yoxlama vərəqləri... və ... həyatın bir neçə saniyəsi ..."

Uilyam Klayn “Yoxlama izləri” (1989)

Öz işlərini böyük hərflərlə "şəkillər" adlandırmaqdan çəkinməyən fotoqraf 19 aprel 1928-ci ildə Nyu-Yorkda anadan olub. Dünya fotosənət antologiyasını parlaq fotoqrafiya ustalarının adları ilə kifayət qədər zənginləşdirmiş bir şəhərdə.

Uilyam Klayn yoxsul yəhudi ailəsində böyüyüb, fotoqraflığa rəssamlıqdan gəlib. Lakin özülü bir-birinə çox bənzər həmkarlarından fərqli olaraq, o, sadəcə fotokamera ilə kifayətlənmir.

1_16

O, bir neçə bədii və sənədli filmin yaradıcısıdır. Bunlardan biri minimalist, lakin çox dərin məzmunlu kinomonoloq - "Yoxlama izləri" filmidir. "Niyə başqasını deyil, bu fotoşəkli çap edirlər?”, və ən əsas sual “Niyə başqasını deyil, bu fotoşəkli seçirlər?", - deyə kadr arxasından müəllifin səsi eşidilir. Ekranda isə onlarla, yüzlərlə təsvir bir-birini əvəzləyir – Klayn onların arasından ən uğurlu kadrı seçməyə çalışır –"həlledici anın" bütün dolğunluğunu əks etdirən o yeganə kadrı.

2_17

Klaynın filmi bir növ Anri Kartye-Bressonun məşhur proqram mətninin kinoversiyasıdır. Burada fotoqrafiya üzrə quru yaradıcılıq axtarışı və iş prinsipləri haqqında öz fikrini ifadə edib. Vurğulamaq lazımdır ki, bu qısametrajlı monoxrom filmin kadrarxası hekayəsi gözəl esseistika nümunəsidir. Demək olar ki, məhz bu esseistika filmin əsas özəlliyini təşkil edir. Filmin video sıralaması - fotoqrafçının müxtəlif illərdə dünyanın müxtəlif nöqtələrində  “təlaşın parçalarını” çəkdiyi məşhur işlərinin (yalnız və yalnız!) yoxlama izlərindən ibarətdir.

3_10

İndi, bu filmin yaranmasından iyirmi ildən çox zaman keçməsinə baxmayaraq, Uilyam Klaynın fotoqrafiyanın mahiyyətinə aid refleksiyası öz aktuallığını itirmir, çünki müəllif hər bir fotoqrafın cavabını almaq istədiyi sualların həllini axtarır.

 

Mətn: Nonna Müzəffərova