Kommivoyajör (Forushande)
Rejissor: Asgar Farhadi
Ölkə: İran, Fransa
Rollarda: Şahab Hosseyni, Təranə Alidusti, Babək Kərimi və başqalırı
2016
Filmin əvvəlində teatr səhnəsinin səssiz kadrları bir-birini əvəz edir, bununla da Şekspirin xrestomatik cümləsinə müraciət olunur. Filmin personajları da - elə aktyorlardır və onların real həyatlarında da ciddi dram baş verir. Eynən Artur Millerin faciəli pyeslərində olduğu kimi, onların bu pyeslərdən birində oynayacaqları gözlənilir.
Bu il "Xarici dildə Ən yaxşı Filmə" görə Oskar mükafatı növbəti dəfə də Asgar Farhadinin filminə verildi. Əgər ən qiymətli heykəlciyə layiq görülmüş "Nadir və Siminin boşanması" (2012) İran cəmiyyətinin qınağını təsvir edirdisə, lakin Farhadi sonuncu filminin məzmununu lokal problemin damğasından uzaqlaşdırmağa cəhd göstərərək dünya klasikasına müraciət edir - Artur Millerin "Kommivoyajörun ölümü" əsərinə. Lakin, tamaşaçıların gözləntilərinin əksinə, pyes filmin süjet xətti ilə kəsişmir, sadəcə müstəqil paralellik nümayiş etdirir ... Məgər bu iki hekayələri birləşdirən faciəli sondur: Millerdə - baş verən, Farhadi də isə ehtimal edilən, amma yenədə qaçılmaz.
"Kommivoyajörun" əhvalatı avtositatdan başlayır: evin dağılma səhnəsi ən əvvəldə baş verir. Beləliklə, rejissor ailə draması üzrə ustad adını təsdiq edir. Qəzalı binanın sakinləri təlaş içində öz mənzillərini tərk edirlər. Onların arasında, Rəna və Emad - orta yaşlı evli cütlük, şəhər teatrın aktyorları da var. Onlar öz evlərinə hələ qayıdacaqlar. İlk dəfə şəxsi əşyaları üçün (elə bu zaman Farhadi tamaşaçının diqqətini qəhrəmanların yataq otağının dərin çatlarla örtülmüş divarına cəlb edərək növbəti avtositatı təqdim edəcək), sonra isə öz həyatlarında baş verən boşluqları doldurmaq ümidilə.
Teatr truppasından Babəkin məsləhəti ilə ər-arvad, onun sərfəli qiymətə təklif etdiyi boş mənzilə köçürlər. Sənət yoldaşlarının təklifini qəbul edərək, Rəna və Emad mənzildən keçmiş kirayənişinin yükünü boşaltmağı planlaşdırırlar. Ancaq qadın ortaya çıxmır, ümumiyyətlə onlarla heç bir əlaqə qurmaq istəmir. Məhz bu qadın sonrakı problemlərə səbəb olacaq.
Ehtiyatsızlıq nəticəsində Rəna evin qapısını naməlum bir şəxsə açır; bir müddət sonra evə gələn Emad, hər yerdə qan izlərini görür... Xoşbəxtlikdən o, qanlı cırmaq izləri və şokla canını qurtarmış yoldaşını ən yaxın poliklinikadan tapır. Elə orada olan qonşuları ona bildirirlərki, evin əvvəlki kirayənişi fahişəliklə məşğul olurdu.
Film boyunca Emad yoldaşının səssizliyinin (hansıki təcavüz olunduğunu hec cürə etiraf etmir), qadınla tanış olduğunu inadla inkar edən Babəkin yalanının və nəhayət cinayətkarın uydurmasının ortasında qalır. Və burada filmin qəhrəmanlarının davranışı Şəhrəzadın taktikası ilə qeyri-ixtiyari əlaqələnir, o, padşahın əlindən ölümünün qarşısını almaq üçün gecələri fasiləsiz nağıl danışır. "Kommivoyajörun" iştirakçıları da rüsvayçılığın, təhqirin, cəzalandırmağın qarşısını almaq üçün yalan danışırlar - min bir yolla həqiqətdən qaçırlar.
Emad nəticədə həqiqəti öyrənir, ancaq bu bədbəxt tapıntı ilə təkcə müqəssir cəzalanmır. Emadın inadla, təcavüzkardan törətdiyi cinayətin ictimaiyyət qarşısında etiraf etmə tələbi (hansıki nümunəvi ailə başçısı olduğu məlum olur), onun ürəyinin dayanmasına səbəb olur. Bu insanın ehtimal olunan ölümü ağır vicdan əzabının yaranmasına səbəb ola bilər, buna isə Farhadinin hər mənada müsbət qəhrəmanı layiq deyil. Açıq finalı ilə filmin müəllifi bu yaranan hadisənin sadəcə dramatikliyini gücləndirir.
Yalan labirintindən çıxmaq - həqiqətə çatmaq deməkdir. Lakin yalanla bəslənmiş həqiqət məlum olduğu kimi böyümür, sadəcə: qorxu, ikiüzlülük, riyakarlıq və anlaşılmazlıq cücərir. Lakin, bütün bu avtoritar rejiminin törəmələri - Farhadinin dramaturgiyasında mühim elementlərdir. Deyilməyən söz o alətdir ki, onun sayəsində o, elə özünün incə torunu toxuyur. Nəticə olaraq, ikinci Oskar və Kann festivalının əməkdar himayədarı - "Kommivoyajör" - ən yaxşı ssenari və ən yaxşı kişi roluna görə mükafa layiq görüldü.
Filmin finalıda Rəna və Emad səhnəyə çıxmağa hazırlaşırlar - teatrın qrim otağında Linda və Villi Lomanın obrazlarına girirlər. Bununla da, yenidən nəqərat səslənərək Asgar Farhadi Şekspirin cümləsinin altından qalın xətt çəkir: "Bütün dünya teatrdır. Burada qadınlar, kişilər - hər kəs aktyordur ".
Mətn: Nonna Müzəffərova