Orta şərqdə ən lüks otel olan Mandarin Oriental Bodrum və Azərbaycanın ən məşhur Nargis jurnalının təşkil etdiyi tədbirdə Bakı investorları, həmçinin Azərbaycanın biznes və yaradıcı elitasının nümayəndələri görüşüb.
Nargis jurnalının və Ege dənizinin sahilində yerləşən Aralıq dənizinin ən elit kurort otellərindən biri olan Mandarin Oriental Bodrum-un rəhbərliyi altında keçirilmiş əzəmətli tədbir Bakının biznes və intellektual-yaradıcı mühitində böyük bir maraq oyadıb. Mandarin Oriental Bodrum və The Residences at Mandarin Oriental Bodrum layihələri ilə yanaşı tədbirdə türk şirkəti Astaş Holdingin yeni investisiya layihələrinin təqdimatı olub.
İxtisaslı mütəxəssislərdən ibarət Astaş Holding şirkətinin professional komandası tədbirin qonaqlarına Türkiyənin daşınmaz əmlak və turizm sektorunun bazarı, həmçinin Bodrum və bütövlükdə Türkiyə haqqında hərtərəfli məlumat verib. Astaş Holding şirkətinin nümayəndələri tədbirin qonaqlarına öz yeni The Residences at Mandarin Oriental Bodrum layihilərinin üstünlüklərini təsvir ediblər. Həmçinin bunun maliyyə vəsaitlərini qoymaq üçün sərfəli və etibarlı fürsət olduğunu vurğulayıblar.
Astaş Holding şirkətinin İdarə heyətinin sədri Vedat Aşcı, onun rəhbərlik etdiyi şirkətin Azərbaycan-Türkiyə münasibətlərinə və ölkələrimizin əməkdaşlığına böyük əhəmiyyət verdiyini xüsusi olaraq qeyd edib..
"Azərbaycan və Türkiyəni güclü qardaşlıq əlaqələri və nailiyyətlər üçün birlikdə hərəkət etdiyimiz ümumi məqsədlər bağlayır. Biz istərdik ki, bizim əlaqələrimiz daha da yüksək səviyyəyə çatsın. Biz Azərbaycanlı dostlarımızın investisiyalarına böyük əhəmiyyət veririk. Bu investisiyalar nəinki Türkiyənin iqtisadiyyatının inkişafına mühüm töhfə olacaq, həm də digər türk dövlətlərinin sahibkarları üçün parlaq nümunə kimi xidmət edəcək və nəticədə ölkələrimizin güclənməsinə kömək edəcək. Bu da qarşılıqlı dəstək olmadan mümkün deyil. Şirkətimiz fəaliyyət göstərdiyi illər ərzində Türkiyədə tanınmış beynəlxalq brendlərlə birlikdə bir çox investisiya layihələrini həyata keçirib və hal-hazırda bu konsepsiyaya tutunaraq yeni layihələri həyata keçirməyə davam edir. Bu il 2000 nəfəri, növbəti üç il isə 5000 nəfəri iş yerləri ilə təmin etməyi hədəfləmişik. Şirkətimizin 30-dan çox layihəsi ən yüksək beynəlxalq mükafatlara layiq görülüb. Bu layihələri Nargis jurnalının yaratdığı qonaqpərvər və səmimi şəraitdə Bakının biznes mühitinə təqdim etmək imkanını əldə etdiyimizə görə böyük sevinc hissi keçiririk. Növbəti beş il ərzində yeni dünya brendləri ilə birgə beş milyard türk lirəsi məbləğində bir sıra investisiya layihələrini həyata keçirməyi planlaşdırırıq" - Astaş Holding şirkətinin İdarə Heyətinin sədri bildirib.
Türkiyədə, xüsusilə, İstanbul və Bodrumda xarici investorlar üçün böyük imkanların olduğunu vurğulayaraq, Vedat Aşçı xarici investorlara təqdim edilmiş imtiyazlar arasında yeni qəbul olunmuş ƏDV-dən azad olma qanunu və oturma izninin verilməsini qeyd etmişdir.
“Bunu nəzərə alaraq, yaxın gələcəkdə daşınmaz əmlak layihələrinə xarici investisiyaların daha əhəmiyyətli axınının olacağına əmin olduğumu bildirmək istəyirəm...” - qeyd edərək sözlərinə əlavə edib. Biz Türkiyənin təqdim etdiyi imkanlarla digər ölkələrin biznes mühitlərini tanış etməyə davam edəcəyik".
"Biz hədsiz dərəcədə fəxr edirik və xoşbəxtik ki, Mandarin Oriental Bodrum oteli 2017-ci ildə ən nüfuzlu New World Wealth araşdırma qrupunun hesabatına əsasən Yaxın Şərqin ən yaxşı oteli olaraq tanınıb, The Residences at Mandarin Oriental Bodrum ilə birlikdə hər bir qonağa misilsiz keyfiyyət təqdim edir. Bununla da Türkiyədə otel biznesində və daşınmaz əmlak sahəsində ən yüksək səviyyəyə çatmağa kömək edir. İstər memarlıq, dizayn, istər təbiət landşaftı üzrə olsun - təqdim olunan xidmətlərin keyfiyyəti 30-dan çox beynəlxalq mükafatlarla layiqincə qiymətləndirilib. Mandarin Oriental Bodrum görkəmli ictimai xadimlər, biznesmenlər, yüksək alıcılıq qabiliyyəti olan yerli və xarici turistlər, görkəmli şəxsiyyətlər - yüksək xidmət keyfiyyətini, təbiətin gözəlliyini və dəniz mənzərələrini qiymətləndirən hər kəs daxil olmaqla dünya elitasının sevimli tətil məkanına çevrilmişdir. Mandarin Oriental Bodrum bundan sonra da ölkəmizdə turizmin inkişafına hər cür kömək göstərməyə davam edəcək", - Vedat Aşçı əminliklə söylədi.
Təbiətin gözəlliyi və mənzərəsi ilə təxəyyülü heyrətə gətirən, məşhur İtaliya şirkəti Antonio Citterio Patricia Viel & Partners tərəfindən inşa edilən, özündə harmonik üslubu, sakitləşdirici mühiti və misilsiz komfortu birləşdirən Mandarin Oriental Bodrum oteli Ege dənizinin sahilində Cənnət köyündə yerləşir.
2014-ci ildə açılan unikal dünya səviyyəli bu kurort, dərhal dünyanın lüks otellərindən biri kimi tanındı. Bu, otelin layiq görüldüyü çox sayda nüfuzlu mükafatlarla təsdiq olunur.
Mükafatların yalnız bir neçəsini sadalayaq.
2014-cü il - Fodor's Travel oteli dünyanın 20 ən yaxşı otel siyahısına daxil edir; "Gallivanter's Guide jurnalının redaktorlarının seçimi" mükafatı; 101 Best Hotels "Dünyanın ən yaxşı çimərlikləri" nominasiyasında Tatler Travel Guide nəşriyyatının mükafatı.
2015-ci il - Conde Nast Traveler jurnalı, "Ötən mövsümün ən yaxşı otelləri" nominasiyası; The Independent jurnalı "Çimərlik İstirahəti üçün tövsiyə edilən otellər" nominasiyası; Fodor's Travel, "Bal ayı üçün ən yaxşı məkan" nominasıyası, Telegraph Travel, "Dəniz sahilində on ən yaxşı ailə otelləri" nominasiyası; Departures.com,"Çimərlik istirahətləri üçün yeni otellər" nominasiyası; Gallivanter’s Guide, "Dünyanın ən yaxşı lüks otelləri" nominasiyası; Lifestyle "Dünyanın ən dəbli on oteli" nominasiyası; Tatler Spa Guide "Ən yaxşı Spa-oteli" nominasiyası, həmçinin "Ehtiras oyandıran otel" nominasiyası; European Hotel Design Awards, Architecture – New Build və Interior Design – Spa & Wellness nominasiyaları.
2016-cı il - The Landscape Institute Awards, Highly Commended nominasiyası; Conde Nast Traveler UK jurnalı "Oxucuların seçimi" nominasiyası.
Zeytun və şam ağacları meşəsi ilə əhatə olunan heyranlıq doğuran otel təbiət landşaftı ilə harmonik şəkildə uyğunlaşıb. 60 hektar ümumi sahəsi olan Mandarin Oriental Bodrum,127 komfortlu otel otaqları və əlavə ailə mənzilləri, 98 lüks villa və 116 yaşayış mənzilləri təqdim edir. Hər bir kompleksin özəl çimərliyə girişi, günəşlənmək üçün terrası, bir çoxunun isə fərdi bağı və infiniti-hovuzu var. Üç özəl çimərlik və əyləncənin geniş seçimi qonaqlara təbiətlə mükəmməl bir ahəngdə, şəhər təlaşından uzaq olan elit istirahətin bütün füsünkarlığından həzz almağa imkan yaradır.
"The Residences at Mandarin Oriental Bodrum"dan eksklüziv xidmət
The Residences at Mandarin Oriental Bodrum qonaqlarına lüks mənzillərdə ev rahatlığı və hər bir qonağa individual yanaşma təmin edərək öz əfsanəvi xidmətini təklif edir. Şərq qonaqpərvərliyinin və XXI əsrin lüksunun misilsiz uyğunluğunu yaradan Mandarin Oriental Bodrum yeni elit istirahət konsepsiyasını irəli sürür.
Astaş Holding şirkəti haqqında
Vedat Aşcı tərəfindən 1980-ci ildə Almaniyada tekstil sənaye dəzgahlarının ticarəti üçün qurulan Astaş Holding bu gün də bu sahədə öz fəaliyyətinə uğurla davam edir. 2000-ci ildən isə Türkiyənin daşınmaz əmlak sektorunda liderliyi əldə edərək əsas böyük dünya brendləri ilə beynəlxalq layihələr həyata keçirməyə başlayır. Astaş Holding memarlıq, dizayn və lüks otel biznes sahəsində aparıcı beynəlxalq brendlərin biliklərini və təcrübələrini bir araya toplayaraq dünya brendləri ilə səmərəli əməkdaşlığı inkişaf etdirir və yeni eksklüziv layihələr yaradır.
Astaş Holding 2007-ci ildə Kempinski Residences Astoria layihəsini, 2008-ci ildə Bellevue Residences Istanbul Managed by Kempinski layihəsini həyata keçirib. 2010-cu ildə isə Maçka Residences Interior Design by Armani / Casa Managed by Kempinski layihəsinə investisiya qərarı alıb və 2012-ci ildə bu layihə də uğurla həyata keçirilib. 2010-cu ildə torpaq sahəsi əldə edərək, Astaş Holding, Mandarin Oriental Bodrum və The Residences at Mandarin Oriental Bodrum kimi böyük layihələrə başlayıb. Ən yaxşı memarlıq layihəsi müsabiqəsində müasir dünyanın ən məşhur memarları iştirak edib. Ən yaxşı layihə 2011-ci ildə seçilmiş, 2014-cü ilin 7 iyul tarixində isə obyekt istismara verilmişdir.
Astaş Holding - turizm, inşaat və tekstil sektorunda 3500 insanı birbaşa olaraq, 10000 insanı da dolayısı yol ilə işlə təmin edib.
Astaş Holding şirkəti eksklüziv mənzil, ofis, otel və elit daşınmaz əmlak əldə etmək istəyən hər kəsə əməkdaşlıq təklif edir.
Nargis komandası tədbirin təşkilində göstərdikləri köməyə görə təşəkkürünü bildirir:
BOUQUET Flowers gül butikinə, MOET&CHANDON və HENNESSY şirkətlərinə, eləcə də, fransız baş aşbaz Benjamin Esten tərəfindən hazırlanan "Mariya Antuanetta" tortu üçün dünya şöhrətli LADUREE şirniyyat mağazasına, həmçinin şirniyyat masasının (candy–bar) təşkili üçün Purple Cake Boutique şitkətinə.
Fото: Parviz Gasımzadeh