PARIS GALLERY-NİN BAKIDA İLK MAĞAZASI AÇILDI

Yaxın Şərqdə liderlik edən Paris Gallery pərakəndə mağazalar şəbəkəsi Azərbaycanda ilk lüks mağazasını açdı. Üçmərtəbəli, möhtəşəm, satış sahəsi 1000 m2-dən çox olan mağaza Bakının mərkəzində, Fəvvarələr Meydanında, keçmiş "ARAZ" kinoteatrın binasında yerləşir.

f85a9761

Paris Gallery öz müştərilərinə beynəlxalq ticarət markalarından ətriyyat, kosmetika, saatlar, eynəklər, aksesuarlar və premium dəri məmulatlarının geniş çeşidlərini təklif edir..

Mağazada Giorgio Armani, Tom Ford, Burberry, Guerlain, Creed kimi brendlərin ətirlərinin geniş seçimi təqdim olunub. Burada Bakıda ilk dəfə təqdim olunmuş Amorino, Cupid, Music de Parfum, Blend oud, Nasamat, Mood, Perfume Treasure kimi eksklüziv və digər brendləri tapmaq mümkündür. Qeyri-adi və möhtəşəm ətirlər parfümeriya pərəstişkarlarını mütləq sevindirəcək.

f85a9218

Gözəllik pərəstişkarları Clinique, Estee Lauder, Lancome, Sisley, Yves Saint Laurent və Elemis kimi aparıcı brendlərin klassik elit kosmetikasının unudulmaz dünyasına qərq ola biləcəklər.

Moda həvəskarları Paris Gallery mağazasının ən yaxşı dünya brendlərindən ən son mövsümi kolleksiyalarının dəbli aksessuarlarını və zərif saatlarını təqdim etdiyini bilməyə çox şad olacaqlar. Eksklüziv markalar olaraq Tonino Lamborghini, Karloff, Aigner, Ebel, Concord, Movado, Rovina, Sospiro, Ingersoll və başqa brendlər təqdim olunub.

004

Müştərilər ideal hədiyyə seçimi ilə həm özlərini, həm də yaxınlarını sevindirəcəklər.

Hər bir müştərinin maraqlarını nəzərə almaq prinsipinə riayət edərək, bütün Paris Gallery mağazaları yenilikçi konsepti, xidmətin qüsursuz standartları və müasir ərəb qonaqpərvərliyi ilə artıq 20 ildir ki, elit şopinqin yeni erasını göstərir.

Yeni mağazanın açılışını şərh edən, Paris Gallery Şirkətlər Qrupunun Baş direktoru cənab Məhəmməd Abdul Rahim Al Fahim qeyd edib: "Mən Azərbaycanın paytaxtı Bakıda olduğuma görə çox şadam. Bu bizim üçün mühüm məqamdır. Biz Bakı istehlakçılarına lüks klass brendləri və satış sahəsində misilsiz təcrübəmizi təqdim etmək üçün buradayıq. Biz yeni müştərilərimizlə uzunmüddətli münasibətlər qurmaq fikrindəyik. Müştərilər ilə uzunmüddətli və səmərəli əlaqələr ən qiymətli nailiyyətimizdir".

img_8097

q16a7026

Paris Gallery - xidmətin qüsursuz səviyyəsi və qonaqpərvərliyin zəngin təcrübəsidir.

Keçən həftə Azərbaycanda keçirilən ilk Paris Gallery lüks mağazasının rəsmi açılışında əziz qonaqlar - ətriyyat, moda və saat həvəskarları, bloggerlər, şou-biznes və media nümayəndələri iştirak ediblər. Tədbirdə bütün qonaqları bir çox sürprizlər gözləyirdi. Gecənin vacib məqamlarından biri ən əsas prizin - Dubaya 3 gecəlik, 2 nəfərlik biletin uduşu idi.

f85a9423

img_8014

Paris Gallery – Yaxın Şərqdə dəbdəbəli əşya ticarətinin lider operatoru olan “Paris Gallery Group” şirkətlər qrupunun aparıcı nümayəndəsidir. 85-dən çox mağazaları ilə artan şəbəkə BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn ərazilərinin çox rahat yerlərində yerləşən və ümumi sahəsi 3 000 000 m2 olan Paris Gallery öz müştərilərinə 650-dən çox beynəlxalq ticarət markalarının böyük assortimentini təqdim edir.

"Paris Gallery"də ətriyyat, kosmetika, saatlar, zinət əşyaları, dəbli aksesuarlar və eynəklər daxil olmaqla bütün məhsullar təqdim olunur.

Paris Gallery

Tel.: +994 12 497 3822 | 3866 | 3877

İslam Səfərli küçəsi 3 (keçmiş "ARAZ" kinoteatrın binası)