14 iyunda Bakıda ingilis dizayneri Emilia Vikstedin (Emilia Wickstead) trunk show formatında qapalı nümayişi keçirilib.
Qonaqlar birbaşa trunk show zamanı sadəliyə və qadınlığa sevgisi ilə tanınmış dizaynerin geyimlərini geyinib və yeni kolleksiyadan modelləri öncədən sifariş edə biliblər. Təmiz xətlər və düzgün siluetlər - brendin vizit kartıdır.
Nümayişdən sonra tədbirdə iştirak edən qonaqlara səmimi və dost mühitində şam yeməyi təqdim olunub.
Gecənin fotohesabatını diqqətinizə təqdim edirik.
Make up Brow Bar Baku
Saç düzümü Le Nom De La Beaute