7-8-9 fevral

Fevralın 4-də bəstəkar, aktyor, professor və çoxsaylı mükafatlar laureatı Polad Bülbüloğlunun 75 yaşı tamam oldu. Bu cümə Bakıda sevimli həmyerlimizə həsr olunmuş yubiley yaradıcılıq gecəsi keçiriləcək.

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 7 Fevral, 19:00 – 22:00 

 

Piter Qutun rəhbərliyi altında Ştraus Vena Simfonik Festival Orkestri dördüncü dəfə Bakıda çıxış edəcək və Vena klassiklərinin əsərlərini ifa edəcək.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 8 fevral, 20:00 

 

Şənbə günü "Afaq Kərimova yaradıcılığında süjetli xalçalar" adlı mühazirə keçiriləcək, rəssamın "Dədə Qorqud", "Nizami", "Məhsəti Gəncəvi", "Səməd Vurğun" və digər əfsanəvi şəxsiyyətlərə həsr olunmuş xalçaları haqqında danışılacaq. Mühazirə Azərbaycan dilində keçəcək. Giriş sərbəstdir. 

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 8 fevral, 14:00 – 15:00

 

"İki ağanın bir nökəri" üç saatlıq tamaşadan zövq almaq üçün ingilis mədəniyyətinin bilicisi olmağınız lazım deyil. Bu Karlo Qaldoninin klassik del arte komediyasıdır, lakin süjet xətti Britaniyada 60-cı illərdə baş verir. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 8 fevral, 10:00 

 

Əgər Fil Qrabskinin "İmpressionistlər" film sərgisini qaçırmısınızsa, bu bazar günü bunun əvəzini çıxarmaq və impressionizmi bir təzahür kimi dünyaya tanıdan Pol Düran-Ruelin unikal kolleksiyasında yer alan kultlaşmış rəssamlar və onların əsərləri ilə yaxından tanış olmaq olar. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 9 fevral, 13:00

 

Rəqs üzrə açıq Bakı çempionatı keçirilir, müxtəlif yaş qruplarında rəqqaslar iştirak edir – ən kiçikləri 6 yaşa kimidir, böyüklərin isə 50-dən çoxdur. Onların arasından seçilən ən yaxşıları Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə biləcəklər.

Harada: Teatr Xadimləri İttifaqı

Nə zaman: 9 fevral, 10:00 – 20:00

 

Bakıda ilk dəfə "Fabrica de Tabaco" flamenko teatrı çıxış edəcək. Bakılılar əfsanəvi "Frida" tamaşasını 10 illik yubileyində izləyə biləcək.

 

Harada: Opera Studiyası

Nə zaman: 9 fevral, 20:00