Travel diary Chanel

Chanel - brendin rəng və makiyaj üzrə beynəlxalq dizayneri Lüsia Pikanın (Lucia Pica) Kaliforniya yollarında səyahətindən ilhamlanaraq Payız-Qış 2017 «Travel diary» makiyaj kolleksiyasını təqdim edib.

"MƏN ƏTRAFIMDA BAŞ VERƏNLƏRDƏN İLHAMLANARAQ - ŞƏXSİ KOLLAJIMI YARATMAQ QƏRARINA GƏLDİM", - Lüsiya bildirib. O, sonradan payız-qış kolleksiyası üçün təzə çalarlarda və teksturada ifadə etmək üçün ani duyğuları qeyd etməyə çalışıb.

Yeni xətt məhsulları rahat və praktik qablaşdırmada təqdim olunub. Kolleksiyanın əsas məqamı - korrektor, haylayter və ənlikdən ibarət heykəltəraşlıq üçün PALETTE ESSENTIELLE dəstidir.

Chanel-in bu kolleksiyası səyahətə lazım olduğu kimi müəyyən bir məqsəd olmadan yüngüllük və sərbəstliyə çağırır.