What's Cooking: Tanışlıq

Müasir fəal həyat tərzini faydalı və dadlı qidaya qarşı sevgi ilə necə birləşdirmək olar? Məşhur fud-bloggerlər tərəfindən sosial şəbəkələrdə nümayiş olunan gözəl şəkillərin modası bizim nəslin həyatına necə təsir göstərir?

Instagram səhifəsində öz blogunu dadlı və fotogenik mətbəx həvəskarlarına həsr edən Həcər Əliyeva ilə birgə yeni kulinariya rubrikamızda söhbət edirik və göstəririk!

icon

 

Bişirməyə və yeməyə qarşı sevgi Sizə kimdən keçib?

Yeməyə və mətbəxə qarşı sevgi uşaqlıqdan yaranır. Yaşa dolduqca "uşaqlıq dadı", "tam uşaqlıqda olduğu kimi", "nənəmin bişirdiyi kimi" ifadələri daha çox istifadə edirik. Xəyalımızda xatirələr canlanan kimi dərhal hansısa yeməyin dadı uşaqlığımızı yada salır.

Müvəffəqiyyətli fud-blogger olmaq üçün "dadlı" fotoşəkillər çəkmək lazımdır? Uğurlu blogun rəhni - ilk növbədə unikal reseptlərdir yoxsa gözəl fotoşəkillər?

Yaxşı fotoşəkil çəkmək bacarığı fud-blogger üçün vacibdir. Hesab edirəm ki, əla kulinar olmaq olar, sənin diqqət çəkən yoxlanılmış reseptlərin ola bilər, lakin cəlbedən fotoşəkillərin olmasa, populyarlıq qazana bilməyəcəksən.

image5_1

Bişirmək istəyən, amma bunu bacarmayan gənc qızlara nədən başlamağı məsləhət görürsünüz?    

Gözəl gənc qızlara heç nədən qorxmamağı məsləhət görürəm. Sadə və asan bir reseptlə başlayın, tədricən daha mürəkkəb olanlara keçin. Kulinariya kitablarından istifadə edə bilərsiniz, həmçinin YouTube kanalında müxtəlif yeməklərin hazırlama videolarını izləyə bilərsiniz. Düzgün resept, kəskin bıçaq və yaxşı məhsullar - yemək bişirmək üçün lazım olan şeylər bunlardır. Və əlbəttə ki, yeməyi həmişə sevgi ilə bişirmək lazımdır - yalnız bu halda o dadlı olacaq.

Ən çox hansı mətbəxi sevirsiniz? Milli mətbəxdə bəs necə - sevdiyiniz şah yemək varmı?

Hər hansısa sevdiyim mətbəx və ya yemək yoxdur, hər şeydən bir az sevirəm. Amma adətən tostlarla qidalanıram, əvvəlcə bir dilim çörək qızardıram, sonrası isə - fantaziyamdan asılıdır: üstdən ya avokado ilə keşniş, bunun da üstünə limon suyunu tökürəm, ya da ki pendirlə duzlu kərə yağı qoyuram. Milli mətbəxi ən çətin və dadlı hesab edirəm. Azərbaycan mətbəxindən ən sevdiyim yemək isə - tez-tez evdə bişirdiyimiz pitidir.

screen_shot_2017-09-13_at_2.22.39_pm

Fast food haqqında nə düşünürsünüz? Tez-tez özünüzə onu yeməyə icazə verirsiniz?

Fast food qidalarına mən tamamilə normal yanaşıram, yalnız sui-istifadə etmək lazım deyil. Dadlıdır, lakin sağlamlığımız üçün çox zərərlidir.

Vəzifənizi nədə görürsünüz? Blogunuzu kimin üçün yazırsınız və hansı nəticəni gözləyirsiniz? Yoxsa proses nəticədən daha vacibdir?

Bir çox insanların artıq evdə bişirməmə faktı məni çox üzür. Restoranlar və kafelər yaxşıdır, lakin sevdikləriniz üçün öz əllərinizlə bişirilən yemək - daha yaxşıdır. Mən öz auditoriyama öz mətbəxlərində sevərək yemək bişirməyi öyrətmək istəyirəm. Mən istərdim ki, gənc insanlar bazara getməkdən, satıcılarla məhsullar haqqında söhbət etməkdən qorxmasınlar və təravətli, ən əsası isə - yerli məhsullar alsınlar. Vətənimiz qısqanılacaq qədər inanılmaz məhsullarla zəngindir. 

image3

Sizin Instagram səhifənizdə yeməklə bağlı təcrübələriniz olduqca harmonik şəkildə yeni restoranlar, küçə qidaları və s. haqqında postlarla qarışıb. Post üçün növbəti yer və ya hadisə seçimində hansı meyarları rəhbər tutursunuz?

Məkan seçimində mən ilk növbədə rəylərə diqqət yetirirəm, həmçinin menyunu öyrənirəm. Qidanın keyfiyyəti çox vacibdir. Mən ziyarət etdiyim məkanlar və daddığım yeməklər barədə məlumatları abunəçilərimlə paylaşmağa özümü borclu bilirəm.

Yeməklərdə ən çox istifadə etdiyiniz sevimli məhsul?

Soğan, onsuz mümkün deyil.

Sevdiyiniz kulinariya gadgeti və ya mətbəx avadanlığı?

Mətbəxdə sevdiyim gadget - iti bıçaq, mətbəx kombaynı (food processor) və qabıq və parmesan üçün mikrorəndədir. Mətbəxdə onlarsız həyat çətin olardı.

2017-09-13-photo-00001392

Hər bir insan istəsə yemək bişirə bilər - heç kim aşpaz və ya evdar xanım bacarıqları ilə doğulmur. Hər kəs adətən asan bir şeylə başlayır, ancaq zamanla və istədiyində yaxşı nəticələr əldə edə bilirlər. Bizim dövrümüzdə çox sayda yaxşı fud-bloggerlər var. Onlar nəinki reseptlər təqdim edirlər, həm də yeməyi necə bişirməyi göstərirlər (məsələn YouTube kanalında). Həmçinin müxtəlif dünya mətbəxlərinin kitabları da mövcuddur və ən nəhayəti, məhz bizim analarımız, xalalarımız və nənələrimiz - ailə mətbəxinin ən möhtəşəm bilik mənbəyidir. 

İndi Həcər ilə hər həftə bizim sevimli oxucularımız və bütün Nargis komandası maraqla həm ənənəvi, həm də tamamilə yeni, faydalı və cazibədar yeməklərin reseptini, bütün dünyada "dadlı" məkanların maraqlı şərhlərini və bir çox əyləncəli kulinariya yeniliklərini izləyə biləcəklər .