What's Cooking: Tbilisi food guide

icon

Tbilisidə hər şey ürəyə yatır - şəhərin köhnə küçələri, taxta rəngarəng balkonlar, çox uzun sərv ağacları və gözəl dağlar. Amma Tbilisidə ən cazibədar olan qeyri-adi orijinal restoranlar və kafelərdir.

Gabriadze

gabriadze1

Bizim ilk favorit kafemiz Qabriadzedir. Bu Rezo Gabriadze teatrının bir hissəsidir və onun yanından yan keçmək mümkün deyil - gözəl saat qülləsi uzaqdan turistləri cəlb edir. Kafe özü taxta masaları, onlara olan sovet filmlərindən aforizmaları, heykəlcikləri və maraqlı dekor əşyaları ilə inanılmaz dərəcədə rahatdır. Baxmayaraq ki, bura "kafe" adını daşıyır, mən hesab edirəm ki, şorba və isti yemək yeyə biləcəyiniz tam bir restorandır. Burada həm xarço, həm borş, xaçapuri, həm də ləzzətli toyuq lülə-kababı dadmaq mümkündür. Bəs qozlu gürcü salatı necə? Mənim fikrimcə, ən dadlı salat Tbilisidədir. Qabriadze kafesinin desertləri haqqında saatlarla danışa bilərəm, orada olsanız mütləq bişmiş kremli ponçik və Manana Tavadzenin ev dondurması ilə almalı piroqdan dadın - peşman olmazsınız!

gabriadze_2

Sakhli N11

Tbilisidə mənim yeni tapıntım - Sakhli N11 adlı restoranıdır.

sakhli_n11

O qədər də standart və adi olmayan gürcü mətbəxinin menyusu. Burada siz xarço və xəngəl tapa bilərsiniz, ancaq sizə qabda elə pendir növləri təqdim edəcəklər ki, şəhərin başqa yerlərində çətin ki, onları dada biləsiniz. Ən ləziz pendirli və lobyalı xaçapurini, həmçinin ən ideal tabakanı məhz burada dadmışam. Soğanlı ev üsulu qızardılmış kartof sifariş edin. Sakhli N11 restoranında xüsusi orqanik şərab verilir. Sizə məhz bu restoranda daddığım ən ləzzətli Napoleon tortu haqqında danışmaya bilmərəm - xırçıldayan, ideal qaymaqlı kremlə.

sakhlin11

Gardenia Shevarnadze

Qardenia Şevardnadze şəhərin mərkəzindən bir qədər uzaqdır, lakin vaxtınızı sərf edib bu inanılmaz yerə səyahət etməyə dəyər. Girişdə 2 lari ödəyərək dərhal nağıla düşürsünüz - güllər, bitkilər, vintaj koteclər və qədimi məişət əşyaları və dekorlar...

gardenia

İstənilən bitkini və ya şitilləri əldə edə biləcəyiniz böyük parniklər, həmçinin yemək yeyə və ya desertlə çay içə biləcəyiniz - rahat bir kafe.

gardenia_2

Keto and Kote

Keto və Kote - şəhərin dalanlarında gizlənmiş bir kafedir, onu tapmaq üçün bir qədər vaxt və səy sərf etmək lazımdır. Küçədən o heç görünmür, lakin göstərici işarəni tapmalısınız. Böyük pəncərəli və taxta döşəməli köhnə ev antikvar mebellə təchiz olunub; divarları rəsmlər və ötən əsrin gözəl dekor əşyaları bəzəyir.

keto1

Yay mövsümündə bu məkan daha da gözəldir, çünki burada həyətdə oturmaq və bütün şəhər mənzərəsindən zövq almaq mümkündür. Pesto sousunda xırda pendirli xəngəl, yoqurtlu suluquni şorbası və xüsusilə desertləri dadmağı məsləhət görürəm - piroqlar və tortlar hər gün üçün fərqli hazırlanır.

keto2

Tabla

Ecazkar Tbilisi şəhərindəki son tapıntım Tabla restoranı oldu. Gözəl interyer, dadlı yemək və axşam yeddidən sonra canlı musiqi.

tabla1

Əgər məşhur gürcü mahnıları sədaları altında xırda xəngəl dadmaq istəyirsinizsə - o zaman bura sizin üçündür. Xırda xəngəl, gürcü salatı, qozlu badımcan, pendirlər və şoraba götürməyi məsləhət görürəm.

tabla2

Bon appetite!

Mətn və foto: Həcər Əliyeva