Rosiebeautyblog: Dərinin yaydan sonrakı bərpası

rosie_2

Yay - məzuniyyətin, istinin, gözəl bir tətilin tam zamanıdır. Amma çimərlikdə uzanıb günəşlənmək, isti dənizdə çimmək, təəssüf ki, dəridə problemlər yaradır. Bu həm quruluqdur, həm fotoqocalma, həm sızanaqların kəskinləşməsi, həm də hiperpiqmentasiyadır. Payızın gəlişi ilə dərimizin haqqını vermək və onu kosmetoloji prosedurlarla dəstəkləmək vaxtı gəlib çatdı.

Yay aylarında dəri ilə baş verən problemlər xüsusi proqramlara ehtiyac duyur. Burada tək prosedurların təsiri olmur. Xoşbəxtlikdən gözəllik salonları «after sun» prosedurlarını təklif edir. Dərinizə mütləq pilinq edəcəklər. Prosedurun dərinliyi yayda cildinizə nə qədər zərər dəydiyindən asılıdır. Dərinin yaş xüsusiyyətləri də mütləq nəzərə alınacaq. Ümumi qayda: pilinqi buludlu günlərdə etməyə çalışın, əks halda piqment ləkələri kimi problemlər yarana bilər. Pilinqdən sonra sizə dərini gücləndirmək və nəmləndirmək təklif olunacaq. Salonlarda istifadə edilən kosmetika dərini intensiv şəkildə bərpa edir və nəmləndirir. Bu fərdi olaraq seçilir. Artıq ilk prosedurdan sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

Əgər dərinizi ev şəraitində bərpa etməyə qərar vermisinizsə, eyni taktikaya riayət etməlisiniz. Pilinqdən başlayın, sonra dərini nəmləndirin və gücləndirin. Maskalar sizə kömək edəcək: qidalandırıcı, nəmləndirici, bərpa edən. Bu maskaları həftədə iki dəfədən artıq olmamaq şərtilə tətbiq edin. 

Mən yaydan sonra dərinin canlanmasına görə aşağıdakı məhsullardan istifadə edirəm:

products 

  1. Chenot Deep Purifying Mask Detox - Üz dərisinin təmizlənməsi - şlakları və toksinləri aradan qaldırmağa, dərini vitaminlərlə zənginləşdirməyə və qan dövranı prossesini tənzimləməyə istiqamətlənib. Dəri hamar rəng və parlaqlıq əldə edərək daha sürətli bərpa olunur. Bunu həftədə bir dəfə istifadə edirəm. Dəriyə sürərkən yüngül, xoş bir soyuqluq hiss olunur. Nəticə - təravətli, parlaq dəri + al. Bu Detox xəttindən olan yeni serum müalicəsi - dərinin sağlamlığını və gəncliyini qorumağa kömək edir. Kollagen hasil etməni stimullaşdıraraq hüceyrələrə dərin nüfuz edən intensiv detoksikasiya təsirini inkişaf etdirir. Bütün dəri növləri üçün uyğundur. Dəriyə daha elastiklik, tonlanmış və yumşaq xarici görünüş və hamar, parlaq rəng verir. Mövsümlər dəyişdiyində və ya xüsusilə yorucu dövrlərdə istifadə olunmalı intensiv müalicədir. Qulluq 2 pillədən ibarətdir. 1-serumu üzə sürürük, hopmasını gözləyirik və 5 dəqiqədən sonra krem çəkirik.
  2. Üz dərisinin nəmlənməsi üçün - Chenot'dan 2 vasitənin dueti.(!) Chenot məhsullarının tərkibində neft emalı, GDO, sintezləşdirilmiş süni boyalar və ətir qarışığının olmadığına zəmanət verilir. Epidermisi sakitləşdirərək və tarazlığı bərpa edərək qıcıqlanma və allergiya üçün məsul mexanizmlərə təsir edən yüngül, yüksək effektli kremdir. Ətraf mühit faktorları kimi müəyyən qıcıqlandırıcılar üçün giriş yolunu yaxşılaşdıran və artıran qoruyucu çəpər yaradaraq epidermisin qorunmasına kömək edir. Nəm itkisini aradan qaldırır, optimal rahatlığı bərpa edir və dərini yumşaq, hamar və parlaq edir. Bütün dəri növləri, xüsusilə həssas dəri üçün uyğundur. İltihabı, qızartı və qıcıqlanmanı azaldır.
  3. Üz üçün Clinique-Moisture Surge intensiv nəmləndirici gecə maskası. Bu maska bütün gecə boyunca dərin nəmləndirmə, təravət effekti və səhər vaxtı dəri hamarlığını təmin edir. Maskanın tərkibinə daxil olan aloe və bitki ekstraktı sakitləşdirir və dəriyə stressin təsirini azaltmağa kömək edir. Yağsızdır, bütün dərilər üçün uyğundur.
  4. Kiehl's Creamy eye treatment with avocado -bütün gün qayğısını hiss etdiyim yeganə kremdir. Hətta makiyajdan sonra belə mənim dərim yumşaq və nəmlidir. Krem məndə heç bir allergik reaksiyaya səbəb olmadı. Üz yuyulduqdan və ya suya dayanıqlı makiyajdan sonra onu sürmək çox xoşdur. Dərhal rahatlıq hiss olunur, quruluq və dartılma aradan qalxır.
    Hamar, ÇOX qalın, yapışqan olmayan teksturaya malikdir.
  5. Dodaq üçün Сlarins parıldadıcı yağ. Clarins markası - yağ sahəsində quru sayıla bilər və bu dəfə onlar yenə də fərqləndi. Yağ dodaqları yumşaldır, nəmləndirir və baxımlı görünüş verir, vizual olaraq həcmini artırır (xüsusilə yağı boyalı dodaqlar üzərinə sürərkən, lakin bütün səthdə deyil, sadəcə mərkəzə). Parıltı ağ pərdəyə yayılmır, kontur kənarından axmır. Ondan ilin bütün mövsümlərində istifadə edirəm və çox razıyam!
  6. La Mer Body Cream - ilk dəfə La Mer'i 3 il əvvəl almışam və o vaxtdan onunla ayrılmazam. Çox sevirəm! Tam heyranedici!  Bədən üçün krem hətta ən quru dərini belə çox gözəl şəkildə nəmləndirir və qidalandırır. Tekstura olduqca qalındır, amma çox asan şəkildə sürülür və silinir, buna görə də qənaətlə sərf olunur. Qoxusu çox xoşdur, heç bir şəkildə bezdirmir, bütün sevdiyiniz ətirlərlə uyğun gəlir. Günəşdən sonra dərini əla nəmləndirir və qış aylarında quruluqdan azad edirrosie_1
  7. La Mer The Glowing Body Oil - bu məhsulun gözəlliyinə aşiq olmamaq mümkün deyil! Banka zərdən aşıb-daşır, lakin qorxmayın - bu vasitənin tərkibindəki xırda shimmerlər dəriyə aydın şəkildə zərif bir parıldama verir. Günəşlənmiş dəridə möhtəşəm görünür! 

Qızlar, gözəl qalın! Pozitiv yay əhvalını qorumağa çalışın, "the winter is coming"!!! :)