Rosiebeautyblog: Qış baxımı

roza

Qızlar, tezliklə soyuqlar gəliz, buna görə də qış aylarında üz dərisnə düzgün qulluq etməyi sizinlə paylaşmaq istəyirəm. Qış - şaxta, mərkəzi istilik, küləklər deməkdir. Bütün bunlar bizim vücudumuz, o cümlədən dərimiz üçün stressdir. 

Qış - sadəcə qarderob və hava dəyişikliyi deyil, eyni zamanda cildə qulluqla bağlı vərdişlərin yenidən gözdən keçirilməsi deməkdir. Yay prinsipi - təmizləmə, nəmləndirmə, qorumadır. Soyuq mövsümdə daha intensiv qulluq ilə əvəz etməyi məsləhət görürəm - təmizləmə, qidalanma və qoruma ilə.

"Qış" kremləri - dolğun, yağlı, vitaminlərlə zənginləşdirilmişdir.

Qışda dəri həssas, quru olur və qabıq verir. Qışda təmizləmə üçün spirtsiz yumşaq vasitələrdən istifadə etmək yaxşı olardı. Çünki etil spirt dərini qurudur. Həssas dəri üçün Bioderma miselyar suyunu çox sevirəm.

bioderma

Mən hazırda Dior - Hydra Life təmizləyici süd yağından istifadə edirəm. Hesab edirəm ki, dərimiz bol nəmləndiriciyə ehtiyac duyduğunda bu, qış üçün ideal təmizləyici vasitədir. Cild yuyulduqdan sonra nəmləndirilmiş və məxmər kimi olur. Südün tərkibindəki badam yağı dərini daha yumşaq edərək qidalandırır. 

life

Nəmləndirici və qidalandırıcı kremlərdən tərkibində təbii yağlar, hialuron turşusu, qliserin olanları seçmək daha yaxşıdır. Ancaq heç bir halda küçəyə çıxmazdan əvvəl onları istifadə etmək olmaz. Onların tərkibində adətən şaxtada donan və dəridə suyu "bağlayan" hidroelementlər var.

lamer

Lakin, qışda günəş kremi və termal suyu unutmayın. Hətta ən bərk şaxtada belə tez-tez günəş nur saçır və ultrabənövşəyi şüalar öz "qəddar" işini görür. Buna görə də SPF 5-15 qoruyucu faktorlu kremləri əldə etmək daha yaxşı olardı. Termal su isə istilik sisteminin havasını qurutduğu qapalı məkanlarda yardım edəcək.

vichy

Bol su için - gündə ən az 1,5 litr. Qəhvəni yaşıl və bitki çayları ilə əvəz etmək daha yaxşıdır, çünki onların tərkibində dəriyə faydalı olan antioksidantlar mövcuddur. Qışda özümə nanə və limonlu zəncəfil çayını dəmləməyi sevirəm. İmmunitet üçün əla gücləndiricidir! Balanslaşdırılmış pəhriz saxlamağa çalışın: rasionunuza omeqa-3 ilə zəngin qidalar əlavə edin (balıq, yaşıl tərəvəzlər, mövsümi meyvələr və qoz-fındıq).  

Sağlam və gözəl qalın! 

screen_shot_2017-11-02_at_3.08.27_pm

 From Rosiebeautyblog with love!