Rosiebeautyblog: Saça qulluq prosedurları

Uzun gözəl saçlar - gözəllik və qadınlığın əlamətidir. Şıq saçlar - hər bir qadın üçün vizitkartdır. Ona görə də onlar həmişə sağlam, gözəl və parlaq olmalıdırlar.

Bu gün mən sizinlə professional, salon saç baxımı üzrə öz təəssüratlarımı və təcrübəmi bölüşəcəm. Mən bir sıra prosedurları sınamışam, amma REAL kömək edən ən sevimli üç prosedur haqqında sizə danışacam!

  • Sevdiyim OLAPLEX– saç strukturunu bərpa etmək üçün nəzərdə tutulmuş ən müasir preparatlardan biridir. Məhsul ABŞ-da iki kimyaçı tərəfindən hazırlanmışdır və onun uğuru vəziyyətə qeyri-adi baxışı ilə izah olunur - tərkibin müəllifləri saçı kosmetologiya baxımından deyil, məhz müəyyən elementlərdən ibarət olan və yüksək temperatur və aqressiv komponentlərin təsirinə məruz qaldıqda məhv olan təbii material kimi qiymətləndirirlər. Nəticədə yaranan müalicəvi tərkib disulfid bağlarının son tədqiqatlarından alınan məlumatlara əsasən təsir göstərir - o, onları məqsədyönlü bərpa etməyə imkan verir, nəticədə saçın strukturu yenə normallaşır. Vasitə molekulyar səviyyədə işləyir, o, saçları kondisiyalaşdırmır və dərhal kosmetik effekt vermir.

679x380_0xd42ee42a_14068936671453727956

OLAPLEX - hər gün daha da çox populyarlıq əldə edən salon prosedurudur. Əsasən bu prosedur boyama ilə birlikdə aparılır.

Saçın uzadılması problemi, sağlamlığının və xarici görünüşünün yaxşılaşdırılması mənim üçün həmişə aktualdır. Buna görə də, Amerika stilistləri arasında sürətlə populyarlıq qazanan yeni Olaplex möcüzəvi vasitə haqqında öyrənəndə mən dərhal onu sınamaq istədim.

Nəticə məni şok etdi! Saçlarım 1) qalınlaşdı 2) görünüşü baxımlı oldu 3) saçın hətta ən uclarının belə keyfiyyəti tamamilə dəyişdi. Sistem həqiqətən işləyir, AMMA ona hər kəsin ehtiyacı yoxdur. Əgər sizin saçlarınız:

1) Boyalı deyilsə;

2) Əgər siz onlara gündəlik olaraq saç ütüsü, fenlə əziyyət vermirsinizsə;

3) Əgər siz saçlarınızı yalnız və yalnız ammiaksız boyalarla rəngləyirsinizsə və rəngində ciddi dəyişiklik etmirsinizsə;

BU HALDA OLAPLEX şübhəsiz sizin üçün deyil!!! Bu, sadəcə boşuna pul itkisi olacaq, çünki bu vasitə yalnız zədələnmiş saçları bərpa etməyə kömək edir. İnanın, fərq görməyəcəksiniz. Əgər saç ustası bu vasitəni sizə "zorla aldırmaq" istəyirsə, imtina edin!

1

  • «Saç üçün xoşbəxtlik»

Saraltmadan sonra saçlarım parlaqlığını itirdi və tez qırılan oldular. Bu "şikayətlərlə" salona müraciət etdim. Saçımın vəziyyətini qiymətləndirdikdən sonra saç ustası mənə Yapon kosmetikası Lebel tərəfindən hazırlanmış «Saç üçün xoşbəxtlik» prosedurunu təklif etdi. Bu, saçların yuyulması və növbəli şəkildə müxtəlif təyinatlı zərdab və maskaların sürülməsindən ibarət tam yeddi mərhələli bir prosesdir. Hər şey üçün cəmi iki saat lazımdır, buna görə də gününüzü bunu nəzərə alaraq planlaşdırmalısınız. 

Beləliklə, əvvəlcə başı təmizləyici şampunla yuyurlar. Sonra saçlar bir qədər qurudulur və zərdabla "epopeya" başlayır. İlk olaraq saçları növbəti mərhələlərə hazırlamaq üçün nəzərdə tutulan Lebel Proedit Care Works Serum C zərdabı sürülür. Sonra - vəzifəsi saçınızı intensiv şəkildə nəmləndirmək olan Lebel Proedit Care Works Serum N zərdabı sürülür. Sonra P zərdabının növbəsi gəlir: bu proteinli zərdabdır, saçları möhkəmləndirir. Final akkordu - qoruyucu örtük yaradan və daha öncə sürülən bütün zərdabların saçdan yuyulmasının qarşısını alan möhürləyici Lebel Proedit Care Works Element Fix Serum zərdabı (onun yağlı konsistensiyası var) sürülür. 

Sonra qulluq vasitələri ilə "saçların bürünməsi" davam edir. Lebel Happiest Gum Lipid 1 maskası, Lebel Happiest Gum Lipid 2 maskası və sonda - başın dərisinə saçın artmasını stimullaşdıran Lebel Happiest Relaxing Slime geli sürülür. Sonra saçlar yuyulur. 

Effektivliyin sirri - müalicəvi sağlamlaşdırma təsirli vasitələrin mərhələli şəkildə sürülməsindədir. Bir seans ərzində epidermis və saç telləri maksimum dərəcədə faydalı maddələr alır. Metodikanın mahiyyəti: birinci mərhələ - tellərin içdən müalicəsi, dərin təbəqələrin təmizlənməsi; ikinci mərhələ - kutikul pərdəsinin xarici bərpası, melaninlə təmin etmə, saçların hamarlanması; üçüncü mərhələ - effektin möhkəmləndirilməsi, zülal balansının normallaşdırılması, soğanaqların gücləndirilməsi, artım zonalarının stimullaşdırılması, dəriyə incə qulluq.

Bu qulluq mənim çox xoşuma gəldi, bunu təkrarlayacam! Aktiv komponentlər tərkibli kosmetik vasitələr - gur saçlar üçün böyük xoşbəxtlikdir!

2

  • Saçlar üçün Botoks. 

Adı sadəcə marketinq oyunudur. Anladığınız kimi, preparatın tərkibində botulotoksin yoxdur. Lakin başqa daha faydalı maddə var - intra-silan təbii mineral molekula. Saç telinə düşərək, o, maksimal dərəcədə onda aktif komponentlərin nüfuzunu artırır.

Vasitə:

  • zədələnmiş saçları bərpa edir;
  • onların elastikliyini və möhkəmliliyini artırır;
  • sağlam parıltı, ipəklik və yüngüllük yaradır.

Mənə tez-tez "Hansı daha yaxşıdır? Botoks yoxsa keratin" sualını verirlər. Mən heç vaxt keratin düzləşdirməni etməmişəm və xanımlara ciddi səbəbləri olmadan bunu etmələrini məsləhət görmürəm. Bu prosedurlar arasındakı fərq: 

Botoks - hər şeydən əvvəl saçların bərpasıdır, görünən effekt 1 aydan 3 aya qədər davam edir. Botox saçları düzləşdirmir, sadəcə onları sağlamlaşdırır, daha az xovlu və məsaməli edir. Həmçinin botoks sarılığı neytrallaşdırır, bu da sarışınlar üçün çox vacibdir. Keratinin - əsas funksiyası saçların düzləşməsi, görünən effekt 5 aya qədər davam edir. Keratin düzləşdirməni hamilə və südəmər qadınlara etmək olmaz. Hamarlaşdırma sayəsində, saçların həcmi əhəmiyyətli dərəcədə azaldılır. Keratin tərkibi botoks qədər faydalı komponentlər təşkil etmir, çünki onun başqa funksiyası var.

Botoks üçün göstərişlər: saçların quruluğu, qırıqlığı və parlaqlığın olmaması. Preparat optimal şəkildə nazik məsaməli saçqıranlı saç sahibələri üçün uyğundur. Saç strukturunu hamarlaşdıraraq düzləşdirir. Botoks tez-tez saçlarını boyayan və saraldanlar üçün əvəzolunmazdır.

  From Rosiebeautyblog with love!