Azərbaycanın İpək Xəzinələri

2017-ci ilin oktyabrın 21-dən etibarən 2018-ci ilin yanvarın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Azərbaycan Xalçaları üzrə 5-ci Beynəlxalq Simpoziuma (İSAC 2017) (İSAC 2017) həsr olunmuş unikal sərgi məhz belə adlanır.

Bu sərgi - xarici ədəbiyyatda "erkən azərbaycan naxışları" adlandırılan az araşdırılmış naxışları toplamaq və geniş beynəlxalq ictimaiyyətə   nümayiş etdirmək üçün ilk fürsətdir. Naxışlar 1600–1850-ci illərə aiddir. Xalçalardan fərqli olaraq, biz demək olar ki, bu naxışları unutmuşduq. Azərbaycanda hələ də güləbatın qızıl tikişi üzrə sənətkarları qalıb, tək ulduz tambur naxış toxuma üsulu Şəkidə gənc nəslə ötürülür, Azərbaycan Xalça Muzeyində isə YUNESKO-nun dəstəyi ilə müxtəlif naxış texnikalarının öyrənilməsi üzrə master-klasslar keçirilir. Baxmayaraq ki, erkən Azərbaycan naxışları texnikası - hesablama tikişinin üç naxış variasiyasıdır, bu cür naxışların yaranmasına dair işlər isə - çox zəhmətli bir prosesdir! Lakin, qərb mütəxəssisləri və kolleksiyaçıları tərəfindən ən çox məhz bu naxışlar qiymətləndirilir. İncəsənət Muzeyində keçirilən sərgi unudulmuş ənənələri canlandırmaq üçün təkan ola bilər və texnikanı bərpa etmək və qədim eksponatlardan replikanı yaratmaq üçün təkcə ənənəvi sənətinin ustalarını deyil, həm də məşhur dizaynerləri və rəssamları ənənəvi təsvirlərin müasir şərhinə ilhamlandıracaq.

 __1

İlk Azərbaycan naxışlarında istifadə edilən hesablama tikişi ilə naxış texnikası. Hali Publications Ltd şirkətinin nəşri olan "The Stars of Caucasus" kitabından İllüstrasiya.

Erkən Azərbaycan naxışlarının bir çox elementləri ermənipərəst xarici alimlər tərəfindən qonşularımıza aid etdikləri Azərbaycan xalçalarının XVI-XVII əsrlərin əjdaha qrupundan olan xalça bəzəkləri ilə, həmçinin Səfəvi dövrünün xalçalarına xas palmetta və mərkəzi medalyon naxışı ilə sıx əlaqəlidir. Çox maraqlıdır ki, ümumi Qafqaz xalçaları adlandırılan xalçalardan fərqli olaraq, bu, xarici ədəbiyyatda "azərbaycan xalçaları" kimi müəyyən edilmiş Azərbaycanın dekorativ və tətbiqi sənətinin yeganə predmetləridir.

Mənbə: Gros & Deletrez 

Təəssüf ki, son zamanlar fransız auksionlarında erməni mənşəli məsləhətçilər antikvar eksponatların təsvirində "artsax istehsalı" qeyd edərək falsifikasiya hallarına tez-tez yol verirlər. Lakin hər dəfə Azərbaycan nümayəndələrinin müdaxiləsi zamanı xarici mütəxəssislər yazılı etirazlarını bildirirlər və azərbaycan naxışlarının erməniləşdirmə siyasətini açıq şəkildə tənqid edirlər. Azərbaycanın mədəni irsinə olan bu cür iddiaların qarşısını almaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi QHT ICOC (International Conference of Oriental Carpets) ilə birlikdə 2016-cı ildə Londonun "Hali Publications Ltd" nəşr evinin 1600-1850-ci illər dövründəki Azərbaycan naxışlarına həsr olunmuş ilk kitabı dərc etmək təklifini dəstəklədi.  Kitab ABŞ, Böyük Britaniya, İtaliya və Gürcüstandan olan 10 xarici müəllifin əsərlərindən ibarətdir. Ayrı-ayrı fəsillər Londondakı Victoria və Albert Muzeyində və Vaşinqtonda yerləşən Toxuculuq Muzeyindəki böyük naxış toplusuna həsr olunub. Kitabın üzərində işləyərkən onun müəlliflərindən biri, İngiltərədən olan mütəxəssis Michael Fares tərəfindən dünyanın bir çox aparıcı muzeylərinin atribusiyasında olan bir neçə səhvlərin tapılması əhəmiyyətli faktdır. Beləliklə, onun sözlərinə görə, Viktoriya və Albert Muzeyində rəsmi olaraq 22 naxışın yerinə 60-dan çox naxış saxlanılır. Bu, bir çox muzey fondlarında kolleksiyaların nadir hallarda tədqiqi və yenidən təsnifləşdirilməsi üzrə işlərin aparıldığı ilə izah olunur. Buna görə də, bu cür nəşr və ya sərgi layihələri muzey kuratorlarına fondlarla əməkdaşlıq etmək üçün kabinetlərindən çıxıb muzeyin anbarına enmələrinə təkan və motivasiya verir. Bəzi hallarda, eksponatları yoxlamaq üçün şəxsən səfər etmək məcburiyyətində olduq. Muzey anbarlarına olan bəzi ziyarətlər Hollivud filmlərini xatırladırdı: eksponatların bir neçə fotosunu çəkmək üçün Mədəniyyət Nazirliyinin Muzey Sektorunun rəhbəri Azadə Hüseynova, Vaşinqtonun Toxuculuq Muzeyindəki ciddi mühafizə olunan və dəqiq yeri gizli saxlanılan "The Avenir Foundation Conservation and Collections Resource Center" anbarına daxil olmağa müvəffəq olub.

 

 Avenir Foundation Conservation and Collections Resource Center’də .

əllifin şəxsi arxivindən 7 Avqust 2015-ci il tarixli foto.

Toxuculuq Muzeyinin anbarında mövcud olan  eksponat.

A.Hüseynovanın şəxsi arxivindən, müəllifin 28 oktyabr 2016-cı il tarixli fotosu.

 

Viktoria və Albert Muzeyində eksponatların seçilməsi.

əllifin şəxsi arxivindən 18 oktyabr 2017-ci il tarixli foto.

Bakıda təqdim olunmuş sərgidə naxışların əksəriyyəti nəinki geniş auditoriyaya, hətta bir çox mütəxəssislərə belə göstərilməyib, çünki onların hamısı xarici muzey fondlarında və şəxsi kolleksiyalarda saxlanılır. Bu naxışlarla ilk tanışlığım 2014-cü ilin iyun ayında mütəxəssis və xalça sevərlərindən ibarət kiçik bir qrup heyəti üçün HALI Carpet Tour çərçivəsində dünyanın ən böyük dizayn muzeyi olan Victoria və Albert Muzeyinə bir günlük ziyarət təşkil olunduğu zaman baş tutmuşdu. Muzeyin kolleksiyasını iki milyon yarımdan çox sənət əsərləri və eyni sayda kitablar təşkil edir. Muzeyin yalnız toxuculuq kolleksiyası üçün Clothworkers Center adlı ayrı bir bina ayrılıb. Mənim fikrimcə, məhz burada Azərbaycanın dekorativ-tətbiqi sənətinin ən qiymətli əşyaları - Azərbaycan naxışları saxlanılır.

Victoria və Albert Muzeyinin anbarından 1700-1725-ci il naxışlarından fraqment.

əllifin şəxsi arxivindən 13 iyun 2014-cü il tarixli foto.

 

HALI Carpet Tour qrupu ilə Victoria və Albert Muzeyinin anbarına ilk ziyarət

Mənbə: HALI 

"HALI"nın redaktoru Ben Evans və Muzeyinin kuratoru Moya Carey, Əsli Səmədova (sol tərəfdən birinci) ilə  naxışın müzakirəsi

Mənbə: HALI 

Kurator həmkarım Alberto Boralevi və Hali Publications Ltd'nin dəstəyi ilə iki illik tədqiqat fəaliyyəti çərçivəsində 400 oxşar naxış aşkar olunub və elektron məlumat bazası tərtib edilib. Yeri gəlmişkən, 2015-ci ilin noyabr ayına qədər beynəlxalq dairələrdə bu cür Azərbaycan naxışlarının salamat qalmadığı hesab olunurdu. Lakin, ISAC 2017-ci il üçün hazırlıq işlərinin sayəsində AMİM'in anbarında bu cür nadir naxışların kolleksiyasını tapmaq çox xoş sürpriz olmuşdu. Uzun sürən təhlillərdən və 2015-ci ilin dekabr və 2016-cı ilin noyabr aylarında Nazir Əbülfəz Qarayevin fərdi dəvəti ilə gələn xarici mütəxəssislər qrupunundan sonra bu tapıntıların ikisi ilk Azərbaycan naxışları kimi müəyyən olmuş və XVIII əsrin ortalarına aid edilmişdir.

 

əllif tərəfindən 2015-ci ilin noyabr ayında Azərbaycan Milli İncəsənət Muzeyinin anbarından tapılmış XVIII əsrin naxışının bir fraqmenti.

Gözlənilməz tapıntı haqqında ilk xarici məqalə antik xalça və toxuculuq üzrə ixtisaslaşdırılmış ən məşhur və hörmətli, rüblük olaraq nəşr olunan - "HALI" İngilils jurnalının 191-ci qış buraxılışında dərc olunub. Həmçinin AMİM'nin kolleksiyasından olan naxışlara Hali Publications Ltd nəşrinin hazırlanan kitabında ayrıca bir fəsil həsr olunacaq.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Bakıda belə bir sərginin keçirməsi və bu sərgini Azərbaycan xalçaları üzrə V Beynəlxalq Simpoziuma təsadüf etdirməsi qərarı nəinki Azərbaycan, həmçinin dünya muzey praktikasında əsas məqam oldu. Azərbaycan Milli İncəsənət Muzeyinin fondundakı eksponatlar Viktoriya və Albert muzeyindən və Berlin İslam İncəsənət Muzeyindən, həmçinin Avropanın şəxsi kolleksiyalarından xüsusi olaraq gətizdirilmiş xarici eksponatlarla müqayisədə bu sərgidə ilk dəfə nümayiş olunacaqlar. Berlin İslam İncəsənət Muzeyinin iştirakı Goethe İnstitutunun dəstəyi sayəsində mümkün olmuşdur və bu, Azərbaycanda nümayəndəliyinin açılması ərəfəsində bu təşkilatın Bakıda ilk təşəbbüsü olacaq.

Sərgi iki mərhələ olaraq planlaşdırılır. 33 eksponatdan ibarət birinci mərhələ ictimaiyyətə 21 oktyabr tarixində açılacaq, ikincisi isə aparıcı muzeylərdən və şəxsi kolleksiyalardan olan Azərbaycan eksponatları ilə bir ildən sonra keçiriləcəkdir. 

Layihəyə cəlb olunmuş beynəlxalq komanda artıq növbəti addımları planlaşdırır: ümid edirik ki, kitabın buraxılması və sərginin açılması ilə Hali nəşriyyatının məlumat bazası, sahiblərinə və muzeylərin kuratorlarına Azərbaycan naxışlarına məxsus olduğu məlum olmayan, əvvəllər bilinməyən eksponatlar barədə informasiya ilə artırılacaq. Dövlətin və ya mesenatların lazımi dəstəyi ilə İncəsənət Muzeyində görülən işin timsalında xarici muzeylərdə naxışların yenidən təsnif edilməsinə başlana bilər. Siyahımızda ilk olaraq Victoria və Albert Muzeyi, Budapeştdə Tətbiqi İncəsənət Muzeyi, Berlində İslam İncəsənət Muzeyi və Nyu-Yorkda Metropolitan Muzeyi yer alır. Bundan əlavə, Ermitaj və Luvr Müzeylərinin xalça kolleksiyaları demək olar ki, bizə məlum deyil. Bizim arzumuz - yuxarıda qeyd etdiyimiz muzeylərin birində və ya bir neçəsində "Silk Treasures of Azerbaijan" Azərbaycan naxışlarının sərgisini keçirməkdir. Belə muzeylərdə sərgilər ən azı bir neçə il ərzində planlaşdırılır və  düzgün danışıqlar və layihənin planlaşdırılması halında, arzumuz reallığa çevrilə bilər. Layihə haqqında daha çox məlumat əldə etmək istəyənlər ISAC 2017 Simpoziumunda iştirak edə bilərlər. Bu Simpoziuma yuxarıda qeyd olunan bütün xarici mütəxəssislər və xarici muzeylərin nümayəndələri təşrif buyuracaqlar. ISAC 2017 üçün qeydiyyat pulsuzdur  və http://www.isacbaku.org saytında online keçirilir.

Müəllif bioqrafiyası: Əsli Səmədova - təcrübəli və üç qitədə yaşayan beynəlxalq mədəni layihələrin meneceridir. Əsli 2008-ci ildən bu yana Milanda yaşayır. 2013-cü ildən etibarən  xarici kolleksiyalarda Azərbaycan xalçalarını və toxuculuğunu tədqiq edir, 2015-ci ilin iyul ayından etibarən isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq layihələr, təhsil və muzeyşünaslıq məsələləri üzrə xarici konsultantı, ISAC 2017 layihəsinin lideridir.