Zeynəb Cahan: Pikassonun həyatından bir il

"Mədəniyyət Bloggeri" kimi vacib bir vəzifəni icra edən biri olaraq oxucumu lokal çərçivə ilə məhdudiyyətləndirə bilmərəm. Axı üfüqləri genişləndirmək mümkündür və lazımdır! Getdiyim yer haqqında isə uzun-uzadı təxmin etmək lazım gəlməyəcək. ONUN haqqında və ORADA sonsuz yazmaq mümkündür! Bu gün biz sizinlə Parisə - Pikasso Muzeyinə yollanırıq.

img_9633

Pikasso Muzeyi qapılarını sevgi şəhərinin sakinlərinə və qonaqlarına yaxın zamanda açıb. Uzun, dəqiq desək rekord bir müddətdə (muzeylər üçün) - tam 4 il ərzində muzey bərpa olunurdu! Restavrasiya haqqında o qədər dedi-qodu və şayiələr yayıldı ki, açılış zamanı əsas "restavrator" - direktor qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırıldı. Buna baxmayaraq, bu məsələ muzeyin kolleksiyasına heç bir təsir göstərmədi. Budur, artıq ikinci ildir ki, Musée national Picasso kubizm banisinin pərəstişkarlarını sevindirir.

3

1

Pikassonun istedadı haqqında bir çox filmlər çəkilib, minlərlə məqalələr yazılıb, onun yaradıcılığına həsr olunmuş dünyada keçirilən sərgilərin sayı isə daha da çoxdur. Bu gün haqqında danışmaq istədiyim sərgi onun həyatının sadəcə bir ilinə həsr olunub. "Pikasso 1932. Erotik il" - xronoloji qaydada düzülmüş (ay və günlər üzrə) ekspozisiyada Mariya Tereza Uolterin təsvir olunduğu silsilə işlər təqdim olunub. Dünyadakı ən bahalı rəssamın üçüncü sevgisi olan Mariya Tereza 32-ci ildə Zürih və Parisdəki sərgilər üçün coşqu ilə çəkdiyi 200-dən çox əsərin muzası və "məhsulu" olmuşdur.

img_9628

img_9655

Məhz 1932-ci ildə Pablo Pikasso bəyan edib: "Rəssamlıq - gündəlik yazmağın daha bir üsuludur". Məhz bu cümləni sərginin təşkilatçıları (Pikasso Milli Muzeyi və Londondan olan Tate Modern) gündəlikdə tapmaq mümkün olan Pikassonun o dövrdəki həyatını əsas hadisələrlə əlaqələndirmək üçün başlanğıc nöqtəsi kimi qəbul ediblər. Bu "Gündəlik" demək olar ki, hər gün dolurdu. Burada yenidən əldə edilmiş erotik atmosfer ilə onun müstəsna rəsmləri qeyd olunurdu. Onlara baxaraq, Pikassonun əsərlərində Mariya-Tereza ilə tanış olduğu gündən etibarən əks olunmuş gərginliyi hiss etməmək mümkün deyil.

img_9645

img_9649

1932-ci ildə Pikassonun 50 yaşı tamam olmuşdu. O, artıq öz dövrünün ən məşhur rəssamı idi. Lakin elə bu il, 16 iyun tarixində Parisdə onun ilk "retrospektivi" açıldı, həmçinin Fransız kolleksiyaçı Kristian Zervos tərəfindən toplanmış işlərindən ibarət ilk kataloqu nəşr olunmuşdur. Pikassonun Parisdə çəkdiyi rəsmlər - yeni yaradıcılıq, dostlarla görüşlər və sərgilər, konsertlər, kinoteatrların ziyarəti onun daha məhsuldar olduğu Boijelo qəsrinə səfərlərlə bir araya sığışdırılıb. Bu il həmçinin sifarişlərlə, sərgilərdə iştirak etmək üçün dəvətlərlə, qalereya sahibləri və kolleksiyaçılarla birgə işlərlə dolu olub.

Mariya-Thereza ilə onun yaşadığı dünyanı, "Yuxu" və "Ayna qarşısındakı qız" kimi onlarla məşhur əsərləri 2018-ci ilin 11 Fevral tarixinə qədər görmək olar.

2"Yuxu"

img_9653
"Ayna qarşısındakı qız"
 
Mətn və foto: Zeynəb Cahan