Artıq altıncı ildir ki, sentyabrın ortalarında sözün əsl mənasında alma yığımı başlayır. Gecə saatlarında Apple rəsmi olaraq smartfonlarının yeni modellərini təqdim etdi. Cəm şəkildə, bir neçə model birdən!

iPhone XS - ən balaca smartfon modeli, ekran diaqonal ölçüsü 5,8 düym
iPhone XS Max - 6,5 düym diaqonallı daha geniş ekran. Trenddə olmaq üçün artıq Plus deyil - Max.
Telefonun ekranının və korpusunun ölçüsü - XS və XS Max arasında əsas fərqdir.
Bonus olaraq: iPhone 9, iPad, Apple Watch 4 və yenilənmiş MacBook da bütün əzəməti ilə dünyaya təqdim olundu