Bu fotolar bütün dünyanı dolaşdılar və inanılmaz populyar oldular. Şedevr fotoları kimin və necə çəkdiyi barədə danışıb, göstərəcəyik.
"Əfqan qızı" Steve McCarry
Bu fotonu dəqiq tanıyırsınız. 1984-cü ildə, zəmanəmizin ən yaxşı foto-jurnalistlərdən biri olan Steve McCarry, Pakistanda əfqan qaçqınlarının olduğu Nazir Bagha düşərgəsinə gedir. Ona qız məktəbində foto çəkməyə icazə verilir. Onlarla şagirdin arasında sadəcə həmin fotonun qəhrəmanının onun diqqətini çəkdiyini tez-tez xatırlayırdı. 1985-ci ilin iyun ayında həmin bu foto "National Geographic" jurnalının üz qapağında dərc olundu və dərhal Əfqan xalqının müstəqillik uğrunda mübarizəsinin simvoluna çevrildi.
"Məhəmməd Əli Sonny Listona qarşı" Neil Leifer
Amerikalı idman fotoqrafı, kinorejissor və Time Inc. jurnallar ailəsinin üzvü Neil Leifer idman tarixində ən vacib anlardan birini çəkə bilir: Sonny Liston və Məhəmməd Əlinin ikinci görüşünün son akkordu. Neilin qeyd etdiyi kimi: "Bu foto insanların Əlini necə xatırlamaq istədiklərini göstərir: güclü, inamlı və bir qədər lovğa".
“Caz musiqiçisi” Herman Leonard
Biz cazı onun gözləri ilə görürük. Herman Leonardın fotoları onilliklərdən sonra belə ruha xitab edən musiqinin o atmosferini hələ də bizə çatdırır. Hermanın bir çox işləri cazın qızıl əsrini təsəvvür etdiyimiz caz mifologiyasının özünəməxsus ikonası, ideal vizual obrazları oldu. Onlardan biri dahinin çəkdiyi Dexter Gordonun məşhur fotosudur.
“Kurt Kobain” Mark Seliger
Onun foto-portretləri daha çox paparazzinin hiyləgər kadrlarına bənzəyir, nəinki quruluş verilmiş fotolara. Markın işləri Rolling Stone, GQ, Vanity Fair, Elle, L’Uomo Vogue jurnallarını bəzəyirdi və o, artıq çoxdan dünya şöhrətli ulduzların sevimli fotoqrafı olmuşdu. Onun tərəfindən çəkilmiş «Nirvana» qrupunun ("X nəsilinin flaqmanı" adlandırılır) solisti Kurt Kobainin portreti haqlı olaraq əfsanəvi sayılır.
«9/11» Lyle Overko
2001-ci il sentyabrın 11-də Lyle Overko Brodveyin və Franklin streetin tinində yerləşən evində ilk partlayışı eşidir. Dərhal həvəskar kamerasını alıb küçəyə qaçır, Chambers Street tininə dönür... Məhz bu foto Time jurnalının üz qapağında dərc olunur və həmin bədbəxt günün simvoluna çevrilir.
Mətn: Zemfira Korovina