Nargis kino: qorxuya üstün gələrək

Qorxularınızla üzləşməlisiniz... Xüsusilə hər an noutbuku bağlamaq lazım gəlirsə. Horror filmlərin estetikasına qərq oluruq!

«Parıltı»

Stiven Kinq, Stenli Kubrik və Cek Nikolson — hər biri öz işinin ustalarıdır onların birgə yaradıcılığı öz bəhrəsini verdi. Çıxdığı ildən bir çox neqativ tənqidlər alsa da, heç Kinqin də film ürəyincə olmasa da, indi «Parıltı» 250 ən yaxşı filmlərin siyahısına daxildir və tarixin ən dahiyanə filmi olaraq qəbul edilmişdir.

shining-2

«Zəng»

Bu qorxu filmi haqqında hamı eşidib və yəqin ki, hər kəs bu horrorun yüzlərlə parodiyasını görüb. Amma siz filmi də izləməlisiniz (hətta filmin Yaponiyada çəkilmiş orijinalını tapa bilərsiniz). Kassetli video maqnitofonlar artıq çoxdan istifadə edilmir, ona görə də, çox qorxulu olmayacaq. Hətta əgər bu qorxunc kasset sizi tapsa belə, ona baxa bilməyəcəksiniz.

maxresdefault1

«Psixo»

Horrorlar haqqında yazıb, Hiçkoku xatırlamamaq olmaz. «Psixo» - kult olmuş amerikan psixoloji horrorudur və bu filmə vaxt ayırmaq üçün yetərli səbəbdir. Əgər bu da kifayət etmirsə o zaman 4 «Oskar» nominasiyası və «Qızıl qlobus» mükafatı fikrinizi dəyişdirməlidir. 

54094_1015195

«Başqaları»

Mistik qorxu atmosferinə bürünmüş Nikol Kidman... Bundan daha yaxşı nə ola bilər? Filmin gəliri xərclənmiş büdcədən 12 dəfə çox olub, Nikol Kidman ən yaxşı aktrisa kimi «Saturn» mükafatına layiq görülüb, film isə «Goya» mükafatının 8 heykəlciyini qazanıb. 

maxresdefault

«Ekzorsist»

Uilyam Fridkin bu janrın bütün incəliklərini bilir (əbəs yerə o, «Yeni Hollivudun» əsas rejissorlarından biri olmayıb). Onun ən məşhur işi «Oskar» mükafatında 10 nominasiyada namizəd olan və onların ikisini qazanan «Ekzorsist» filmidir. Məhz bu filmin epizodu «Kinematoqrafiyanın ən qorxulu anları» reytinqində ikinci yeri tutmuşdur. Əgər bu filmə tab gətirə bilsəniz, o zaman sizi qorxutmaq mümkün olmayacaq.

20180322132837a524096f85

Mətn: Zemfira Korovina