NATALİ PUŞKİNA

Moskvanın kübar əyləncə gecələrinin qəhrəmanı Natali Kainatın qanunlarının qüsursuz işlədiyinə əmindir: "Nə qədər çox versən, o qədər çox əldə edərsən!". Məhz buna görə öz akkauntunda təqibçiləri ilə ən aktual mövzuları müzakirə edir, daimi suallar isə yeni postların yaranmasına ilham verir. Natali nə gəldi reklam etməkdən və "lazımsız şeyləri satmaqdan" imtina edərək öz auditoriyasına çox diqqətlə yanaşır. Küslüklər və anlaşılmazlıqlar haqqında susmaq adəti olan ailədə sevgi və harmoniya, abunəçilərlə səmimi münasibətlər - Natali Puşkinanın həyat prinsipləri belədir. Oxucular isə öz növbəsində sarışın gözələ eyni qarşılığı verirlər. 

 img_4471

  1. Özünüzü necə təqdim edirsiniz? İnternetdə sizin haqqınızda dizayner, kübar dişi aslan, blogger və hətta Kseniya Borodinanın rəfiqəsi olaraq yazırlar.

Yuxarıda sadalananlar gülümsəməyə məcbur edir. Rəfiqə - hə! Amma Kseniya Borodina deyil, sadəcə Ksyuşa.

İndi 10 mindən çox abunəçisi olan hər iki nəfərdən birini blogger adlandırırlar! Bu bir peşə kimi səslənir, amma mənim üçün bu qarşı tərəflə çox xoş vaxt keçirməkdir. Bu instagramdan daha öncə başlayıb. Necə deyərlər "motosiklı satdım, vərdiş qaldı", əgər bu vərdişin adı bloggerlikdirsə - o zaman bəli, mən bloggerəm.

Dizaynla daha çətindir. Bu istiqamət həqiqətən mənim ağlımı başımdan aldı, 2011-ci ildə adımı daşıyan pushkinatalie brendim yarandı. Bu geyim tikilişi brendi idi, eskizdən ölçü almaq və çatdırılmaya qədər mənim üzərimdə idi, yəqin ki, ikinci hamiləliyimin sonunda elə buna görə fasilə verdim, səhhətim davam etməmə imkan vermədi, başqasına həvalə etməyi mən hələ də bacarmıram! Buna görə də, indi həyatımın bu hissəsi çox uzun bir fasilədədir.

İlk növbədə mən həyat yoldaşı və anayam, bununla da inanılmaz dərəcədə qürur duyuram! Niyə də yox? Bir qadın biznesin başında duranda, az qalır ki sükan arxasında doğulsun. Hesab edirəm ki, ailə həyatı sürdürmək və bundan həqiqi zövq almaq - uğurdur! 

img_3855

  1. Sağlam həyat tərzinin əsas qaydalarına riayət edirsiniz:

А) idman

B) düzgün qidalanma

C) gündə 2 litr və ya daha çox su içmək?

Sizi məyus edəcəyəm: bugünkü gün nə idman, nə düzgün qidalanma, nə də su içmək var.

Səhər gimnastikası, bəzən qidalanmanı əvəz edən çoxlu çay və iki uşaq - bu mənim həyat fəaliyyətimdir!

  1. Çəkinizdən, bədən quruluşunuzdan, xarici görünüşünüzdən razısınız?

Mükəmməlliyin həddi yoxdur, amma buna baxmayaraq özümdən razıyam! O qədər razıyam ki, heç nəyi dəyişmək istəmərəm! Sadəcə boyuma bir neçə santimetr əlavə edərdim, axı boyum 167 santimetrdir. 

img_3902

  1. Qadınların və kişilərin görünüşündə ilk növbədə nəyə diqqət yetirirsiniz?

Əllər, barmaqlar və dırnaqlar - bu mənim üçün fetişdir.Və üz dərisi! Söhbət qırışıqlardan getmir, məhz dərinin keyfiyyətindən gedir... bilirsiniz, elə insanlar var kı, işıq saçır! Bunu fiziki və ruh sağlamlığının əlaməti olduğunu hesab edirəm və bu əlamət həmişə göz qabağındadır!

  1. Özünüzü onlarsız təsəvvür edə bilmədiyiniz üç gözəllik məhsulu hansılardır?

Gigiyenik pomada, qara göz boyası, saç yağı.

  1. Gözəl bədən və sağlamlıq üçün imtina etməkdə çətinlik çəkdiyiniz məhsul hansıdır? Nə qədər tez-tez özünüzə bunu izn verirsiniz?

Sırnik və pendir. Çoxdandır süd məhsulları istifadə etmirəm, amma bu ikisinə nəfsim qalib gələ bilmir. Sırnikləri hamımız birlikdə şəhər kənarına gedəndə, anam bişirir! Səhər onların ətri ilə oyanırsan və səni heç nə durdura bilmir!

Pendir isə mütləq şərabla yeyilməlidir... dostlar, şərab və pendirlə dolu boşqab... armudlu konfitürlu qrüer...onsuz olmaz.

img_4008

  1. Gündə neçə saat yatırsınız?

5-7 saat.

  1. Rahatlaşmağın ən düzgün yolu?

Masaj.


  1. Gözəllik yolunda əsas düşmən...

... tənbəllikdir!

  1. Sizin həyat kredonuz?

Baş verən hər şey yaxşılığa doğrudur!

 

Nigar Məhərrəmova