Bu il florensiyalı dahi Leonardo da Vinçinin vəfatının 500-cü ili qeyd edilir. Bu səbəblə Luvr muzeyi payızda ən böyük Yüksək Renessans nümayəndəsinə həsr olunmuş möhtəşəm sərgi planlaşdırır, burada onun yaradıcılığının ən gözəl nümunələri təqdim olunacaq. Əsərlər müvəqqəti olaraq Britaniya Krallığının kolleksiyasından götürüləcək və da Vinçinin həyat və yaradıcılıq yolunun retrospektivi olaraq xidmət edəcək.
Yer: Luvr, Paris
Nə zaman: 24 oktyabr 2019 – 24 fevral 2020
Reyksmuzeum Rembrandtın vəfatından 350 il ötməsinə təsadüf edən xüsusi layihə hazırlayıb. 22 əsər, 60 rəsm və 300 ofort təqdim olunmuş All the Rembrandts sərgisi dahi hollandiyalı rəssamın həyatının və yaradıcılığının müxtəlif aspektlərini işıq üzünə çıxarmağı vəd edir. Təşkilatçılar ekspozisiyanı iki hissəyə ayırıb. Birincisi rəssamın karyerasının başlanğıcına və sayəsində yüksək portret ustalığına nail olduğu avtoportretlərinə həsr olunub. İkinci hissə onun ətrafına fokuslanıb: ailəsi, dostları və həyat boyu qarşılaşdığı insanlara. Gənc Rembrandt anasının, həyat yoldaşının, tanışlarının, aktyorların, səfillərin, kasıbların və qarşılaşdığı insanların portretini çəkərək ustalıq səviyyəsinə çatıb. Həmçinin sərgidə məruzələr, seminarlar dinləmək və müxtəlif tədbirləri ziyarət etmək mümkün olacaq.
Yer: Reyksmuzeum, Amsterdam
Nə zaman: 15 fevral – 10 iyun 2019, 11 oktyabr 2019 – 19 yanvar 2020
Londonda «Bill Viola və Mikelancelo. Həyat, ölüm. Dirçəliş» sərgisi nümayiş olunur. Video art janrında çəkən rəssam Bill Viola Mikelancelonun rəsm kolleksiyası ilə ilk dəfə 2006-cı ildə Vindzor sarayında tanış olub və bədən təsviri vasitəsilə insanın emosional və mənəvi vəziyyətini bu qədər dəqiqliklə ötürə bilməsinə heyrətlənmişdi. Sərginin ideyası – bir-birindən beş yüzillik uzaq olan, əsərlərində insan həyatının əsaslarını düşündürən iki rəssamın ahəngini göstərməkdir. Ekspozisiyaya Mikelancelonun 14 qrafik əsəri, həmçinin onun Böyük Britaniyada yeganə heykəli – tamamlanmamış «Madonna Taddei» tondosu və Bill Violanın «Tristanın ucalması» («Şəlalə altındakı dağın səsi») – ölümdən sonra ruhun qalxması təsvir olunmuş beş metrlik panel daxil olmaqla 12 video instalyasiyası daxildir.
Yer: Kral incəsənət akademiyası
Nə zaman: 26 yanvar – 31 mart
Vaşinqton Milli bədii qalereyası yüksək İntibah dövrü rəssamı, parça boyaqçısının oğlu olduğu üçün Tintoretto (italyancadan tintoretto «balaca boyaqçı» deməkdir) təxəllüsü alan Yakopo Robustinin doğumdan 500 il ötməsini qeyd etməyə hazırlaşır. İki muzey blokbasteri planlaşdırılıb: «Gənc Tintoretto» və «Tintoretto 1519–1594». Sərgidə Venesiya ustadının vətənindən birbaşa ABŞ-a gətirilən 50 əsəri seyr etmək mümkün olacaq. Bundan başqa Venesiyada Tintorettoya həsr olunmuş tədbirlərin keçirildiyi yerlərin xüsusi qeyd olunduğu xüsusi bələdçilər hazırlanıb.
Yer: Milli bədii qalereya, Vaşinqton
Nə zaman: 24 mart – 7 iyul
Bu il Bauhaus alman memarlıq və dizayn məktəbi 100 illiyini qeyd edir. Məktəbin tarixinin çox qısa olmasına baxmayaraq – 14 il fəaliyyət göstərib – dizaynda inqilab etməyə və bu günə qədər aktual olan konsepsiyasını hazırlamağa nail olub. Konsepsiyanın əsasına «funksionalizm» daxildir – memarlar, dekorativ elementlərdən imtina edərək əsas diqqəti formaya, rəngə və materiala veriblər, bununla da əsrlərin memarlıq ənənəsini qırıblar. Yubiley «Yeni dünya yaradaraq» (Die Welt neu denken) şüarı altında keçiriləcək. Proqrama elmi konqreslər, tematik ekskursiyalar və sərgilər, multimediya layihələr, teatral festivallar və bir çox başqa tədbirlər daxil olacaq.
Yer: Almaniyada, Rusiyada, Yaponiyada, Çində, Mərakeşdə, Braziliyada, Hindistanda, Nigeriyada və ABŞ-də müxtəlif meydançalar.
Nə zaman: 31.01.2019 – 31.12.2019