Həcmli yaxalıqlar, leopard naxışlar və ciddi rəng palitrası: bu Viktoriya Bekhamın "70-ci illərdən bir çimdik"lə yeni payız-qış 2019/2020 kolleksiyasındandır. Viktoria London şousu ilə brendinin 10 illiyini və moda haqqında Youtube kanalının yayımlanmasını qeyd edərək bir atəşlə iki quş birdən vurdu. Dizayner moda haqqında tövsiyələri, makiyaj dərslərini, kolleksiyaların yaranma prosesini paylaşmağı, həmçinin gözəllik haqqında məsləhətlər verməyi düşünür. "Qadınların nə istədikləri, müasir qadınlıq haqqında düşündüm", – Viktoria şousunu bu sözlərlə təsvir etdi. Bəli, yəqin ki, həqiqətən bu kolleksiya müasir qadından müasir qadın üçündür.