Stella McCartney FALL 2019

Bu gün Paris Moda Həftəsi başa çatır. Kolleksiyasını təqdim edən brendlərdən biri Stella McCartney oldu. 2019 payız-qış kolleksiyasının nümayişində dizaynerin rezin çəkmələri ilə tanınan britaniyanın Hunter brendi ilə olan kollaborasiyasının təqdimatı keçirildi. Stella McCartney yeni kolleksiyasını sevdiyimiz hər kəsə həsr edib. O, nümayişin qonaqlarına İndoneziyanın Sumatra adasında milli parkın Gunung Leuser ekosisteminin qorunması üzrə keçirilən kampaniyasının çərçivəsində ağac əkərək öz hisslərini etiraf etməyə dəvət etdi.