Valentino Fall 2019 Couture

Parisin yüksək moda həftəsində ən gözlənilən hadisə Valentino brendinin nümayişi idi. Pierpaolo Piççoli fotoqraflar Riçard Avedonun və Gi Burdenin portret fotolarından, İntibah dövrünün İtalyan ustadı Rosso Fiorintinonun rəsm əsərlərindən və Diana Vrilandın rəsmlərindən ilhamlanıb. Hər bir detalda ustadın dəsti-xətti hiss olunur – təkcə uzun çiçək applikasiyalı paltarın hazırlanmasına 990 saat, tənzifdən tikilmiş paltara isə 2010 saat sərf olunub.