Fevralın 13-də Londonun mərkəzində yerləşən əfsanəvi Fortnum & Mason univermağında Luxury Fashion Preview moda şousu keçirildi. Tədbiri təşkil edən Fortras moda agentliyinin rəhbəri Ağa Rəsulov bildirdi: "Biz Azərbaycan modasını Britaniyada təqdim etməkdən çox məmnunuq. Nəticələr göz qabağındadır. Belə ki, gənc BSS by Safiyya Babayeva brendi Londonda çox bəyənildi: bir çox məşhurlar bu markanın geyimlərində ən nüfuzlu qırmızı xalılara böyük məmnuniyyətlə çıxırlar!"
London Moda Həftəsinə start verən təqdimat çox xoş qarşılandı. Moda həftəsində xarici şirkətlərlə yanaşı bir neçə Azərbaycan brendi də iştirak edib: BSS by Safiyya Babayeva, V-nine, Couture Gallery by Khatira Baharova, Irada by Irada Gurbanova and SA by Aysel Azizova. Qonaqlar arasında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, AWA UK (Böyük Britaniyada Azərbaycan Qadınlar Birliyi), Britaniya moda sənayesinin nümayəndələri, univermaq və butik sahibləri, məşhurlar, "Taxt oyunları" serialının aktyorları, mətbuat nümayəndələri yer alırdı.