Domeniko Dolce və Stefano Gabbana Eleganza adlı kolleksiya buraxıblar – 36 illik iş ərzində dizaynerlərin əsas moda tapıntılarını əks etdirən 127 obraz: kişi və qadın kostyumları, leopard naxışlar, parça, payetkalar və sair. Son illərdə onlar artıq yoxlanılmış fəndləri istifadə edərək öz kolleksiyalarının tematikası ilə oynayırdılar: bir mövsümü dünyaca məşhur İtalyan mətbəxinə, digərini isə operaya həsr edirdilər... Lakin diqqətlə baxdığınızda, dizaynerlərin eksperiment zövqünü itirmədiklərini görəcəksiniz.
Məsələn, bəzi çiçəkli naxışlara daha yaxından baxdıqda onların naxış olmadığını görürsən, bəzi paltarların siluetləri isə eyni vaxtda həm 40-cı, həm də 80-ci illərə göndərmədir.
Zamanla yoxlanılmış bu geyimlər brendin bütün pərəstişkarları üçün əsl hədiyyədir. Dolce və Gabbana bir çox gənci klassik tikişlərə və kostyumun bədəndə ideal oturmasına geri qaytardı və əvvəllər kostyum geyinmədikləri halda da onlar bunu çox bəyəndilər. Dolce və Gabbana qadın modasının da beləcə klassikaya qayıtmasını istəyir.