Paris Moda Həftəsinin başlanğıcını qeyd edən Christian Dior nümayişi 24 sentyabrda Paris Longchamp cıdırında baş tutdu. Onun tərtibatı üçün 164 ağacdan ibarət bağ salınıb, nümayişdən sonra bu ağaclar Parisin müxtəlif yerlərində əkiləcək. Ağacların bir hissəsi GoodPlanet Foundation qeyri-kommersiya təşkilatına verildi.
Dior yaz kolleksiyası çöl çiçəkləri ilə əlvanlaşdırılıb və Qranvil şəhərindəki Christian Dior Muzeyinin naxış nümunələri ilə bəzədilib. Mariya Qrasiya Küri əfsanəvi kuturyenin Müqavimət və bağbanlıq iştirakçısı olan bacısının obrazından ilhamlanıb.